Əlaqə Arxiv
news Image
2015.03.05
11:20
| A A A
Qara-ağ forması sonunu gətirdi-FOTO

John Kearsley adındakı "Newcastle United" tərəfdarının forması səbəbiylə həyatını itirməsi qarışıqlıq yaradıb.

Movqe.az xəbər verir ki, 38 yaşındakı İngilis John Kearsley, ailəsiylə birlikdə getdiyi safaridə bir zebra tərəfindən öldürülüb.

Verilən məlumta görə, üzərində qara-ağ xəttli "Newcastle United" forması olan tərəfdar, həyat yoldaşı Doreen ilə birlikdə 10-cu evlilik ildönümlərini qeyd etmək üçün Tanzaniyaya gedib. Burada safariyə çıxan John Kearsley avtomobillərinə 100 metr uzaqlıqda olan bir erkək zebranın hücumuna məruz qalıb.

Hadisə nəticəsində vəfat edən John Kearsleyin ölümündən sonra aparılan araşdırma nəticəsində "narkotik maddəyə rast gəlindiyi" iddia edilərkən, "Newcastle" tərəfdarının davamlı olaraq sərxoş olduğu da bildirilib. Xəbərdə əlavə olaraq John Kearsleynin geyindiyi formanın orijinal olmadığına diqqət çəkilib.

Qeyd edək ki, belə bir hadisə daha əvvəl də yaşanıb.Bənzər bir hadisə 2009-ci ildə yenə "Newcastle United" forması geyinən bir İngilis turistin daha başına gəlib və o tərəfdar da bir zebra tərəfindən öldürülüb.


Sizin Reklam Yeriniz