Ronaldo heykəli üçün bərbər tutdu!
Dünyaca məşhur Portekizli futbolçu Cristiano Ronaldo, Madriddə yerləşən balmumu heykəli muzeyindəki heykəli üçün bərbərini vəzifələndirdiyi ortaya çıxdı.
Movqe.az xəbər verir ki, muzeyin müdürü Gonzolo Presa, Real Madrid forması geyinən Cristiano Ronaldonun, balmumu heykəlinin yaraşıqlı görünməsi üçün hər ay bərbərini göndərdiyini deyib.
Ronaldonun mükəmməlliyətçi olduğunu bildirən Presa, "Bizə heykəlinin mükəmməl olmalı olduğunu dedi. Hər ay bərbərini göndərir. Heykəlin saçları isə Hindistandan gəlib,tamamilə doğaldır." deyə danışıb.