Sirrli UFO "Unidentified Flying Object (Naməlum uçan obyekt)" fotoşəkillərinin üzərindən illər keçir, haqqlarında hər cür əfsanə gəzir amma illər sonra belə sirri həll edilə bilmiş deyil.
Movqe.az xəbər verir ki, ABŞ hökuməti, arxivlərində iştirak edən UFO görüntülərinin 5%-lik bir qisimini hələ tam olaraq açıqlaya bilmiş deyil.
Movqe.on illər əvvəldən qalan və hələ tam olaraq açıqlana bilməmiş sirrli obyekt və işıq fotoşəkillərindən bir neçə nümunəni təqdim edir.
1.
Bu fotoşəkil 1957-ci ildə Kaliforniyadakı Edwards Hava Qüvvələri hərbi bazası yaxınlığında bir test pilotu tərəfindən çəkilib. Fotoşəkilin "iddiası" bir UFO-nun B-47 jetini təqib etdiyi istiqamətində olub.
2.
1929-cu il Kolorado tarixli fotoşəkildə yenə bir UFO görüldüyü iddia edilib.
3.
9 May 1984-cu ildə Nyu-Yorkda Felippe Oregon tərəfindən çəkilmiş kadrda, Manhattan üfüqlərində üç işıq gözə dəyib.
4.
Proyektorlar Los Angeles səmalarında görülən, təyin oluna bilməyən bir obyektə fokuslanıb. Tarix; 25 Fevral 1942-ci il.
5.
1939-ci il tarixli fotoşəkildə sol üst küncdə təyin oluna bilməyən bir obyekt gözə dəyib.
6.
UFO olaraq müəyyən bir cismin görüldüyü bu fotoşəkil isə, 10 İyun 1964-cü ildə, çəkildikdən bir neçə il sonra bir tavan arasında tapılıb.
7.
1966-ci ilin yazında Sürix-Kloten Aerodromda bir vəzifəli, havadakı iki qırmızı dairəni göstərib. Fotoşəkil daha sonra İsveçrəli pilot Ferdinand Schmid tərəfindən gün üzünə çıxarılıb.
8.
ABŞ Dəniz qüvvələrində vəzifəli olan Jack LeMonde, 1945-ci ilin yazında Kaliforniya, Burbank yaxınlığında at üstündə görülüb. Atın dərhal üstündən isə naməlum bir obyekt keçib.
9.
2012-ci ildə Hong Kongda Çinin cənubuna tərəf yol alan bir yolçunun, təyyarə şüşəsindən çəkdiyi təyin oluna bilməyən obyekt.
10.
Massaçusetts, Salemdə 1952-ci ildə 15 iyulu ... Səhər saatlarında səmada parlayan dörd təyin oluna bilməyən obyekt göstərilib.