Movqe.Az xəbər verir ki, "NTV Tarix" jurnalı həzrəti Məhəmmədin (S.Ə.A.V) 9 əhəmiyyətli məktubunu nəşr edib. Türkiyəli tarixçi yazar Necdət Sakaoğlu tərəfindən araşdırılan məktubların əhəmiyyəti isə Hz. Məhəmmədin Misir-Həbəşistandan Şərqi Roma İmperatorluğuna qədər geniş bir coğrafiyadakı imperatorluq və hökmdarlara yazdığı, özlərini və həmin dövlətlərin vətəndaşlarını İslama dəvət edən məktublar çox böyük əhəmiyyətə malikdir.
Hz. Məhəmmədin dövründə Ərəbistan Yarımadasında yerləşən Misir və Həbəşistanın,həmçinin İraq-İran-Əfqanıstan ərazisində mövcud oloan Sasani hökmdarı Nuşirəvana, Şərq Roma İmperatoru Herakleosa göndərdiyi, onların özlərini və həmin dövlətlərin vətəndaşlarını İslama dəvət edən məktubların məzmununda nələr var?
Görkəmli tarixçi Necdət Sakaoğlu naməlum bir
Osmanlı müəllifin 1710-cu ildə yazdığı "Kitabı İnşa
mine'l-Muhtarati'l-Arifin" adlı əsərdə göndərilən məktublar və
gələn cavabların tərcüməsi və araşdırılmasına yer verir.
Bu risalədə yazılanlar 628-ci ildə olan yazışmaların üzə çıxarır və rəvayətə çevrilən 9 məktub aydınlaşır: "İsa haqqında buyurduğun gerçəkdir"
"Həbəş padşahına yazılan məktubda Hz. Məhəmmədin onun özünü və xalqını İslama dəvət etməsi qarşılığında Həbəş hökmdarı Necaşi Əsama, Hz. Məhəmmədin peyğəmbərliyini təsdiqləyib və şahidlik edib. İslamiyyətin 5-ci ilində müsəlmanlar Həbəşə hicrət etməsindən 1 il sonra Həbəş hökmdarının Əmr min Ümeyye Damri vasitəsiylə Hz. Məhəmmədə göndərdiyi məktubda belə deyilir: "Rəsulullaha salam. İsa haqqında buyurduğun gerçəkdir. Haqq nə qədər buyurdu o da elədir. Şərəfli məktubunuzun məzmununu öyrəndim. Allahın elçisi olduğun doğrudur; gerçək elçisən. İnandım və sənə beyət etdim. Əminin oğulu Cəfərə beyət edərək onun əlində müsəlman oldum."
"(Hz. Məhəmmədin
Şərqi Roma İmperatoru Herakleosa
göndərdiyi və onun özünü İslama dəvət
edən məktubunda) Müsəlman ol. Olduğun təqdirdə Allah sənə iki dəfə
savab verər. Əgər üz çevirsən buyruqlarının günahı sənin
üstündədir. Əgər inansan, iki dəfə
savab var: əvvəl Hz. İsaya, sonra Rəsulullaha iman gətirdiyin
üçün."
Şərqi Roma İmperatoru Herakleosə: "İslama gəlməyənləri öldürməyəcəm; xərac versinlər."