Əlaqə Arxiv
news Image
2015.03.07
13:05
| A A A
Tərləmənin qarşısını belə almalı

İnsan bədəninin səthində tər vəziləri yerləşib. Bu vəzilər tərəfindən duzlu mayenin ifrazına tərləmə deyilir. Bu, orqanizmin normal fizioloji funksiyası hesab edilir.Movqe.az xəbər verir ki ,  tərləmənin əsas vəzifəsi budur ki, o, bədən səthini soyuq halda saxlayır və onun hərarətini tənzimləyir. Bütün bunlarla yanaşı, bədən tərləmə prosesinin köməkliyi ilə şlaklardan təmizlənir. İnsanın bütün bədənində, ən çox da qoltuq, pəncə və ovucda  tərləmə prosesi baş verir. 

Tər əslində iysizdir. Ancaq bədənin səthində olan bir sıra bakteriyalarla təmasa keçən kimi onlardan asılı olaraq xoşsgəlməz iy verməyə başlayır. 

Tərləmənin özünün müəyyən bir səviyyəsi olur və bu səviyyə də insandan-insana dəyişir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmaya bilir. Bəzi insanlarda daha çox tər vəzisi olduğu üçün onlar gün ərzində çox tərləyir, bəzilərində isə az olduğuna görə onlar çox az tərləyirlər.  

Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur.  Amma buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır. 

Tər vəziləri ekkrin və apokrin olaraq iki qrupa ayrılırlar. Xoşagəlməz qoxunu yaradan əsasən apokrin vəzilərinin yaratdığı tərdən asılıdır. O, daha çox yağlı tər yaradır və bu təri də tükün dibində ifraz edir.  Digər vəz – ekkrin isə birbaşa dəri səthinin hər tərəfində olur.

Çox tərləmək bir çox hallarda xəstəlik sayılır. Amma elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir.  Amma yenə də çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər.

Çox tərləmənin bir sıra səbəbləri var :

 Spirtli içkinin qəbulu

 Narkotik maddələrin qəbulu

Qızdırma və bədənin infeksiyalara yoluxması

Bəzi ədviyyatlardan çox istifadə etmək

Uşaqlarda D və C vitamininin azlığı

Şəkərli diabet

Stress

Qan şəkərinin aşağı olması

Yüksək fiziki aktivlik

Klimaks dövrü

Kofein

Ürək xəstəliyi

Köklük

Havanın yüksək hərarəti və s. 


Tərləmə zamanı aşağıdakı hallar da yaransa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır:

Sinədə ağrı

Hərarət

Nəbzin sürətli atışı

Nəfəs darlığı

Çəkinin azalması

      Bu problemlər hansısa infeksiyanın olmasına işarədir. Bu hallarda da mütləq həkimə müaciət etməlisiniz:

      - Çox tərləyirsinizsə, uzun müddət tərləməniz dayanmırsa və ya səbəbsiz yerə tərləyirsinizsə; 

     - Tərləmə zamanı və tərləmədən sonra sinənizdə ağrı və ya sanki kiminsə sinənizi basdığını hiss edirsinizsə;

      - Əgər tərləmə zamanı çəki itirdiyinizi görsəniz və ya daha çox yatarkən tərləyirsinizsə. 


Sizin Reklam Yeriniz