O hər kəsə ümid oldu...
Movqe.az xəbər verir ki, gözləri olmadan doğulan şirin "Golden Retriever" cinsi olan Smiley, həqiqətən çox az itin edə biləcəyi bir şeyi edib. Davamlı xoşbəxt və həyəcanlı olan Smileynin gözlərində bir növ infeksiya varmış. Bu səbəblə doğulduğunda gözlərini itirən balaca, artıq zamanını zehni əlillərə müalicə köpəkliyi edərək keçirir.
Smileynin fotoşəkillərini çəkən Stacey Morrison, şirin itin davamlı olaraq bir şeylərə dəydiyini və insanlara qaçarkən nə zaman dayanması lazım olduğunu bilmədiyini, buna baxmayaraq çox şirin və insancıl olduğunu söyləyib. Morrisonun dediyinə görə Smileynin sahibi professional bir it tərbiyəçisidir. Bu səbəblə Smiley, gözləri olmadan çox yaxşı idarə etməyi öyrənib.
Gözləri olmayan şirin it, başqalarına kömək edir!