Əlaqə Arxiv
news Image
2015.03.16
19:29
| A A A
Müasir texnologiyalar insanları ağılsız edir

Belçikalı alimlər sübut ediblər ki, smartfon və kompüterlər insanı məntiqi tapşırıqların həllində ağılsız edir.

Ontariodakı Vaterloo Unversitetinin alimləri 660 nəfər tədqiqat iştirakçısına anketləri doldurmağı təklif ediblər. Sorğularda koqnitiv vərdişlər və bacarıqlar, həmçinin onların müxtəlif mobil cihazlarla əlaqəsinə aid suallar olub.

Alimlər müəyyən ediblər ki, tez-tez smartfonlardan istifadə edən adamlarda koqnitiv vərdişlər və bacarıqlar 3-5% azalır. Eyni zamanda bacarıqların azalması əsasən peşə vərdişləri ilə yox, məntiqi tapşırıqlarla bağlı olub.

Bundan başqa, smartfonlardan çox az istifadə edən adamlarda yaddaş və məntiqi təfəkkür daha yaxşı inkişaf edib, lakin smartfon həvəskarları bəzi hallarda informasiyanı internet vasitəsilə daha tez tapa biliblər.

Alimlər qeyd edirlər ki, texnologiya həvəskarları çox vaxt şəbəkədə bildikləri, lakin yada salmaq istəmədikləri informasiyanı axtarırlar.



Sizin Reklam Yeriniz