Bu tələbə inanılmaz bir əl-üz yuyan hazırladı -FOTOLAR
Movqe.az xəbər veir ki, "London Royal College of Art"da təhsil alan Simin Qiu adlı bu tələbə, hazırladığı əl-üz yuyan ilə hər kəsin dilindədir. "Swirl Faucet" adlı əl-üz yuyan, həm tökülən suyun qənaətini təmin edir, həm də bunu edərkən möhtəşəm görünməsinə səbəb olur.
Qiunun dizaynı, suyu ikiqat turbinlərdən keçirərək, içində spiral kimi dönməsini təmin edir. Bunu edərkən də suyun axışını 15% -ə qədər azaldır, beləcə istifadə edərkən daha az su xərcləmiş olursunuz. Suyu istifadə edərkən, seçəcəyiniz üç fərqli üsul ilə suyun axış görünüşünü də dəyişə bilərsiniz.