Əlaqə Arxiv
news Image
2012.08.13
14:17
| A A A
Obama Lüks şəraitdə, qardaşı isə səfalət içində - FOTOLAR

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın "Ağ Ev"də lüks şəraitdə yaşadığı bir vaxtda, ögey qardaşı Keniyanın paytaxtı Nairobinin küçələrində son dərəcə səfil şəraitdə yaşayır.

Obamanın ögey qardaşının adı Corc Hüseyn Obamadır. Bunların ataları bir, anaları fərqlidir. Barak Obama Havayda atasının ikinci evliliyindən dünyaya gəlib, amma Corc Keniyada atasının dördüncü evliliyindən dünyaya gəlib. 30 yaşlı Corc dünyanın ən güclü adamı olan Barak Obamanın əksinə küçələrdə, çətin şəraitdə yaşayır. Narkotik və spirt asılılığında olan Corcun qaraciyər və böyrəklərində də problemlər var.

Şahidlərin verdiyi məlumata görə Corc Obama çox vaxt sərxoş vəziyyətdə olur. Dostları, Obama soyadının ona və ətrafına rahatlıq və xoşbəxtlik gətirəcəyini düşünür, amma Corc bu soyadı həmişə bir yük olaraq görüb.

Barak Obama da 2006-cı ildə ata evi yerləşən Kogelonu ziyarət etmiş və ögey ata tərəfdən nənəsi Sarah Hüseyn Onyango Obama ilə görüşmüşdü.







Sizin Reklam Yeriniz