Əlaqə Arxiv
news Image
2012.08.13
17:49
| A A A
Girə bilmədiyi deşik qalmayacaq - FOTO - VİDEO

Movqe.Az xəbər verir ki, ABŞ-lı elm adamları eynilə soxulcan kimi hərəkət edə bilə avtonom robot yaradıblar. Sahib olduğu mexaniki əzələ quruluşuyla öz başına rahatlıqla hərəkət edən robot soxulcan, ən çətin səthlərdə irəliləyə bilir, girilməsi çox çətin sahələrə daxil olmağı bacarır.

Beynəlxalq araşdırma qrupunun yaratdığı və "Meshworm" (hörgülü soxulcan) adı verilən süni söxulcan, robot erasında əhəmiyyətli kəşf kimi yadda qaldı.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Harvard Universiteti və Cənubi Koreyanın Seul Milli Universitetinin araştırımacıları tərəfindən yaradılan robot soxulcan, son dərəcə yumşaq materiallardan hazırlanıb. Bu səbədən də üzərində hərəkət etdiyi hansısa əşyanda heç bir cızıq buraxmır.

"Meshworm"un əzələləri nikel və titandan hazırlanıb. "Meshworm"un mexaniki quruluşu, gerçək soxulcanlara bənzədilib və kabellər, boyunu meydana gətirən balon ətrafında seqmentlər halında düzülüb. Kifayət qədər möhkəm ola süni soxulcana fiziki təsir də təsir etmir. Bu barədə amçıqlama verən Sanqbea Kim belə deyib:"Alıb ata da bilərsiniz, heç bir şey olmaz.... Soxulcanın parçaları həm möhkəm həm də son dərəcə elastikdir. Artıq robotların bədən tutumlarını artırmağa başlayırıq.

Sizin Reklam Yeriniz