Əlaqə Arxiv
news Image
2015.03.19
20:00
| A A A
Hovuz sağlamlığı möhkəmlətmək vasitəsidir

Hər bir adam üçün onun sağlamlığı birinci dərəcəli və xüsusi olaraq mühüm məsələdir. Hər kəs özünü sağlam hiss etmək istəyir.

Məhz bunun üçün insan özünü "sağlam" pəhrizlər və fiziki yüklənmələrlə yorur. Tonusda qalmaq və bundan həzz almaq üçün isə ən yaxşı vasitə hovuzda üzməkdir. Üzmək təkcə əzələ sisteminin möhkəmləndirilməsi üçün vasitə olmayıb, həmçinin sağlamlıq və reablitasiya vasitəsidir.


Hovuzun tikintisi


Öz asudə vaxtını hovuza və ya digər idman kompleksinə getməklə keçirmək istəyən adamlar az deyildir. Amma onu öz həyətində də inşa etmək mümkündür. Bu cür tikintinin həyata keçirilməsi sizin tələblərinizə və istəklərinizə cavab verəcək asan olmayan hovuz seçiminizi müəyyən etməyə imkan verir. Hovuz seçmək və quraşdırmağın asan iş olduğunu düşünmək lazım deyildir. Ilk növbədə, sizə öz hovuzunuzun seçimi üzərində əziyyət çəkmək lazımdır. Bu gün bazarda bu cür məhsulların böyük çoxluğunu nəzərə alaraq siz seçim etməzdən əvvəl kifayət qədər işləməlisiniz. Hovuzun ölçülərini, quraşdırma zamanı onun konstruksiya xüsusiyyətlərini nəzərə almaq lazımdır, eləcə də filtrləşdirmə və suyun verilməsinə diqqət yetirmək gərəkdir. Hovuzun harada yerləşəcəyini və onun hansı məqsədlə inşa ediləcəyini müəyyən edin. Sizin tərəfinizdən hansı hovuzun seçilməsindən asılı olaraq onun öz qiyməti və quraşdırılma qiyməti məlum olacaq.

Qeyd etmək lazımdır ki, stasionar və mobil hovuzlar mövcuddur. Stasionar hovuzlar bir yerdə inşa edilir və ilin fəslindən asılı olmayaraq, daim öz yerində qalır. Həmçinin bu cür hovuzlar daha mürəkkəb filtrləşdirmə və su ötürmə sisteminə malik olur. Bu cür üzgüçülük hovuzlarının tikintisinə böyük tələbat vardır, məhz onları şəxsi evlərdə, şəhərətrafı kotteclərdə və hovuzlardan istifadə üçün yararlı olan digər yerlərdə görmək olar.

Mobil hovuzlar daha ucuz qiyməti, hazırlandığı materialdan az istifadə edilməsi ilə fərqlənir. Həmçinin onları qızdırmaq və əlavə vasitə olmadan suyunu təmizləmək mümkün deyildir. Adətən, bu cür hovuzları yay vaxtlarında quraşdırırlar, onlarda istənilən məqamda suyu buraxmaq, hovuzun özünü başqa yerə köçürmək və ümumiyyətlə, onu yığışdırmaq asandır.

Hovuzda üzməklə düzgün qan dövranını bərpa etmək, vena və arteriya qan təzyiqlərindən qorunmaq, eləcə də oynaqlara düşən gərginliyi yüngülləşdirmək olar.

Sizin Reklam Yeriniz