Əlaqə Arxiv
news Image
2015.03.30
11:20
| A A A
İnsana gecə görüşü qazandırdılar! - FOTOLAR

Movqe.az xəbər verir ki, Amerikalı bir qrup tədqiqatçı, insana "gecə görüşü" qazandırmağı bacarıb. Təcrübəlik, gözbəbəyinə tökülən xüsusi bir damla sayəsində qaranlıq meşədə bir neçə saat ərzində gəzib və 50 metr uzaqdakı insanları tanıya bilib.

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən "Science for the Masses" adlı müstəqil bir elm quruluşu, insana qaranlıqda görmə qabiliyyəti qazandıran bir göz damlası inkişaf etdirdiklərini açıqlayıb.

Gecə görüşü məhlulunun içində, bəzi yosunlar və dənizin dərinliklərində olan balıqların gözündən alınan "Chlor e6" adlı maye var. Bu maddənin quruluşunda işıq sıxlığını artıran komponentlər iştirak edir.

Araşdırmaçılar, Kaliforniyada Gabriel Licina adlı təcrübəlik üzərində etdikləri təcrübə görüntülərini internetdən yayımladı. Licinanın gözünə damladılan damlanın təsirini bir neçə saat içində göstərdiyinin ifadə edildiyi açıqlamada, "Licinanın gecə görüş məsafəsi təxminən 50 metr qədər idi və onun üzərində 3 fərqli təcrübə aparıldı.

Ona uzaq məsafədən yaddaş testi, normal uzaqlıqdan müxtəlif arxa planlarda yaddaş testi və son olaraq da hərəkətli obyektləri tanıma testi tətbiq olunub. Licina, bir neçə saat ərzində qaranlıq bir meşədə 50 metr uzaqdakı insanları tanıya bilib.

Əlavə olaraq təcrübənin ardından gözü işığa həssas hala gəlib və gözünə qara kontakt lens taxılıb" deyilib.

Damlanın yan təsirlərinin olub olmadığına istiqamətli ətraflı araşdırmaların aparılacağı açıqlanıb.





Sizin Reklam Yeriniz