Əlaqə Arxiv
news Image
2012.08.30
20:14
| A A A
Yəhudi qızlarla görüşməyin!

İsrailin "Lexava" sağ-radikal birliyi Yerusəlimdə vərəqələr yayıb.

ANN.Az-ınİsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu vərəqələrdə ərəblərə yəhudi qızlarla görüşmək qadağan olunur.

Ərəb kişilərinə ünvanlanmış mətndə deyilir: "Siz bacınızın yəhudi oğlanla görüşməməsi üçün hər yola əl atardınız. Biz də eyni şeyi edirik".

Müəlliflər ərəblərə ictimai yerlərdə davranışla bağlı dəqiq "göstərişlər" veriblər: "Əgər siz yəhudi qızlarla Yerusəlimin böyük ticarət mərkəzlərində tanış olmaq niyyətindəsinizsə, xəbərdar edirik: bu, pis ideyadır. Öz kəndlərinizdə gəzin və orada tanış olun. Bircə, bizim şəhərimizdə bunu eləməyin!".

Bundan başqa, vərəqələrdə qadağaların pozulması ilə bağlı potensial "sanksiyalar" da əks olunub: "Ötən həftə yəhudi qız tapdığını düşünən ərəb xəstəxanaya düşüb. Biz sizə eynisini arzulamırıq".

Böyük ehtimalla, Yerusəlimdəki hadisə nəzərdə tutulur. Yəhudi qızla tanış olan gənc ərəb yerlilərin hücumuna məruz qalıb və nəticədə xəstəxanaya düşməli olub. Avqustun 17-də analoji situasiyaya düşən bir neçə ərəb isə qaçıb qurtula bilib.

"Lexava" hərəkatı yəhudi qızlarla ərəb kişilərin münasibətlərindən xəbərdar olan həmyerlilərinə "qaynar xətt"in telefon nömrəsini də qoyublar ki, bu barədə məlumatı onlara ötürə bilsinlər. Çünki "məqsəd yəhudi qızları qeyri-yəhudilərlə münasibətə girməkdən" çəkindirməkdir.

Polis artıq vərəqələrlə bağlı Ədliyyə Nazirliyinə soğru göndərib, əgər vərəqələrdə irqçilik müəyyən olunarsa, müvafiq araşdırma başlanılacaq.

Sizin Reklam Yeriniz