Əlaqə Arxiv
news Image
2012.09.03
15:54
| A A A
Dünyanın ən gənc ilan baxıcısı - FOTOLAR

Movqe.Az xəbər verir ki, Avstraliyada olan vəhşi təbiət parkında öküz ilanları və timsahlarla oynayan 2 yaşındakı Çarli Parker ölkənin ən gənc ilan baxıcısı olmağa namizəddir.

Avstraliyanın Viktoria əyalətində olan "Ballarat" Vəhşi Parkının iki uşaq sahibi olan ailə indi ən gənc uşağın sürünənlərlə olan macəra dolu yoldaşlığına şahiddir.

Parkın sahibi Greg Parkerin 2 yaşındakı oğulu Çarli 2,5 metr uzunluğundakı öküz ilanlarına baxıcılıq edir.

Atası parkda olan ilanlar və timsahlarla heç bir qorxu hiss eləmədən oynayan Çarlinin bu xüsusiyyətinin genetik olduğuna inanır.

Greg Parker İngiltərənin "Daily Mail" qəzetinə danışaraq bunları söyləyib: "Çarlinin heyvanlara qarşı xüsusi bir ehtirası var. Onu biz istiqamətləndirmədik. Özbaşına onlara yaxınlaşmağa başladı. Heyvanlara toxunarkən necə davranacağını çox yaxşı bilir. Bu genetik bir şey olmalıdır."



Sizin Reklam Yeriniz