Əlaqə Arxiv
news Image
2015.06.01
21:00
| A A A
Qeyts bəşəriyyət üçün əsas təhlükələrdən birinin adını çəkib

İnformasiya texnologiyaları sahəsindən olan məşhur maqnat və Microsoft şirkətinin rəhbəri Bill Qeyts infeksiya epidemiyasını bu gün bəşəriyyət üçün ən böyük təhlükələrdən biri hesab edir. Milyarder gələcək problemlər barədə öz narahatlığını məşhur Vox nəşrinə verdiyi telemüsahibədə bildirib.

Ictimai xadim və xeyriyyəçi Bill Qeyts öz hesabına potensial infeksiya fəlakətini modelləşdirə bilən xüsusi tədqiqat qrupu yaradıb. Tədqiqatçıların qabaqcadan verdikləri məlumata görə, hadisələrin ən pis inkişafı nəticəsində virus ilk yüz gündə 770 min, iki yüz əlli gün ərzində isə 33 milyon adamı məhv edə bilər.

Qeyts Vox-un jurnalisti ilə söhbətində öz fikirlərini bölüşüb, yaxın gələcəkdə müasir sivilizasiyada nədən çəkinmək lazım gəldiyi barədə danışıb. Atom müharibəsi ehtimalı, ən azı, 59 yaşlı Qeytsin ömrü üçün çox azdır. Amma o, hesab edir ki, dünya infeksiya epidemiyasının yayılma ehtimalı çox böyükdür.Xeyriyyəçi maqnat 1918-1919-cu illərdə, müxtəlif məlumatlara görə, ayrı-ayrı ölkələrdə 20-40 milyon adamın həyatına son qoymuş "ispanka" qripini nümunə çəkir. "İspanka" H1N1 virusi tərəfindən yaranıb."Özü də heç kim "ispanka"nın necə yarandığını anlamayıb"- Bill Qeyts bildirib. Onun nümunə gətirdiyi statistikaya görə, bu gün sərhədləri yüz il əvvəlkindən 50 dəfə çox insan keçir.

"Bunlar o deməkdir ki, virus bu xəstəlik zamanı İspaniya mətbuatının onun haqda verdiyi ilk məlumata nisbətən daha sürətlə yayıla bilər".

"İspan qripi (Grippe Espagnole, La Pesadilla) bəşəriyyət tarixində ən dəhşətli pandemiya hesab edilir. 1918-1919-cu illərdə bu xəstəliyə Yer kürəsi əhalisinin 21,5 faizi (50-100 milyon nəfər) tutulub. Dəhşətli epidemiya Birinci Dünya müharibəsinin ilk aylarında başlayıb və verdiyi qurbanların miqyasına görə iştirakçı ölkələrin verdiyi 10 milyondan çox hərbçi və 12 milyona yaxın dinc əhali qurban verən müharibənin nəticələrini geridə qoyub.

Bu gün bəşəriyyəti yeni epidemiya təqib edir: 2007-ci ildə Filippinin Kənd Təsərrüfatı Departamenti yerli donuz fermalarında H1N1 qripinn yayıldığını qeydə alıb.

Sizin Reklam Yeriniz