Əlaqə Arxiv
news Image
2015.06.03
14:20
| A A A
Qalxışdan əvvəl təyyarəni bantlayarkən görüntülədi

Uçuşa dəqiqələr qalmış şüşədən çölə baxıb bir vəzifəlinin təyyarənin qanadını bantladığını görsəniz nə hiss edərdiniz? Bu görüntüyə şahid olan sərnişin Adam Wood dərhal hadisənin fotoşəkilini çəkib və Twitterdə paylaşıb. Movqe.az xəbər verir ki, ucuz bilet siyasəti ilə bilinən Easy Jet havayoluna aid təyyarədə yaşanan bu hadisəni, "Easy Jetin nə zaman təyyarələri bantlayacağını həmişə maraq edirdim" notu ilə paylaşan Woodun tweeti ictimai mediada bir anda yayılıb.

Qeyd edək ki, mühəndisin istifadə etdiyi elə belə bir bant deyildi, təyyarələrdə xüsusi olaraq istifadə edilən bir "sürət" bantıydı. Bu lentlər külək təzyiqinə, istilik dəyişikliklərinə, nəmə və ultrabənövşəyi şüalarına davamlı olaraq istehsal edilir.


Sizin Reklam Yeriniz