Əlaqə Arxiv
news Image
2015.06.03
21:00
| A A A
İnsanda qaranlıq qorxusu təkamül prosesində formalaşıb

Çoxları qaranlıqdan qorxur. Amma onları məhz nəyin qorxutduğu barədə heç nə deyə bilmirlər.

Çinli alimlər bu nəticəyə gəliblər ki, insanlar əslində qaranlıqdan qorxmurlar, gecələr isə insanda təkamül prosesində yaranmış qoruyucu reaksiyadır. Həyəcanlı səs və təsvirlər insanları qaranlıq vaxtlarda işıqlı vaxtlara nisbətən daha çox qorxudur. Bu nəticəyə Çindəki Cənub-Qərb Universitetinin alimləri gəliblər. Onlar insanların qaranlıqdan məhz nəyə görə qorxduqlarını izah etmək üçün 120 qadının iştirakı ilə tədqiqat keçiriblər. Alimlər eksperiment zamanı müxtəlif cür- gündüz vaxtı qaranlıq, gecə vaxtı işıq və gecə vaxtı qaranlıq olan pəncərəsiz kiçik otaqlarda yerləşdiriliblər. Kompüterin monitorunda qadınlara əvvəlcə müxtəlif təsvirlər- 100 qorxulu (məsələn, hücum prosesini əks etdirən kadrlar) və 50 neytral (məsələn, ev avadanlıqlarının təsviri) göstəriblər. Sonra isə müxtəlif səslər- 100 qorxulu (qışqırıqlar) və 50 neytral (işləyən ventilyatorun səsi) səsləndiriblər.

Otaqların temperaturu eyni vəziyyətdə saxlanılıb, tərləməyin intensivliyi və nəbzin tezliyi kimi fizioloji göstəricilər isə daim ölçülüb. Bundan başqa, eksperimentin sonunda iştirakçılardan öz hissiyyatları barədə danışmağı xahiş ediblər. Alınmış nəticələrə görə, günün vaxtı neytral səs və təsvirlərə cavab olan reaksiyalara təsir etməyib. Amma həyəcanlı səslər və təsvirlər iştirakçıları gündüzə nisbətən gecə vaxtı daha çox qorxudub. Qadınlar bildiriblər ki, təhlükəsiz situasiyalar onların diqqətini cəlb etməyib, təhlükəli situasiyalar isə daha güclü reaksiyalar yaradıb. Tədqiqatçıların fikrincə, qorxunun intensivliyinə insanın bioloji ritmləri təsir göstərir. Onlar hesab edirlər ki, insanlarda gecə vaxtı yüksək sayıqlıq təkamül prosesində formalaşıb. Gecə bizim əcdadlarımız üçün gündüzə nisbətən günün daha təhlükəli vaxtı olub.

Müasir insanların günün qaranlıq vaxtında nisbətən təhlükəsizlik vəziyyətdə olmalarına baxmayaraq, formalaşmış reaksiya saxlanılıb.

Qeyd edək ki, qaranlıq qorxusu bezikdirici ola və başqa qorxulara gətirib çıxara bilən kifayət qədər geniş yayılmış qorxu hesab edilir.

Sizin Reklam Yeriniz