Əlaqə Arxiv
news Image
2015.06.04
14:20
| A A A
Gələcəyin zənginlərinin yanında meymun kimi qalacağıq

Həmişə deyirdik, bir virus ilə insan əhalisini 2 milyarda qədər endirəcəklər. Əslində fərqli bir həll yolu tapdıqlarının işarəsi bu yazıdakı proqnozda gizlidir. Sona doğru fərqində olmadan sürətlə yaxınlaşırıqmı?

Gələcəyin zənginlərinin yanında meymun kimi qalacağıq.


Movqe.az xəbər verir ki, Qüds İbrani Universiteti professorlarından Yuval Noah Harari, 200 il sonrakı zənginlərin "ölümsüz siborglara" çevriləcəyini, kasıbların isə "nəsillərinin tükənəcəyini" iddia edib.

Harari, insan və maşının "birləşməsinin" bu günə qədərki ən böyük təkamül olacağını müdafiə edib. Kompüter dahilərinin ölümə "həlli olan texnoloji bir problem" gözüylə baxdıqlarını ifadə edən Harari, insanlığın məmnunsuzluğa proqramlı olduğunu və texnologiyadakı inkişaflar sayəsində insanların "tanrı kimi " xüsusiyyətlər qazanacağını da izah edib.

"Bundan 200 il sonra, insanlar ya bioloji manipülasyonla ya da siborglar, yəni yarı orqanik yarı biyonik üzvlərin inkişaf etdirilməsiylə inkişaf edəcək genetik mühəndisliyi yolu ilə ilahi bir mövqeyə yüksələcəklər. 4 milyard ildə bioloji olaraq çox bir dəyişiklik yaşandığını deyə bilmərik. Amma o zamanın zəngin insanları ilə bizim aramızdakı fərq, bu an bizimlə meymunlar arasındakı fərqə bənzəyəcək."

Bu texnologiyadan yalnız zənginlər faydalana biləcəyi üçün yoxsulların silinib gedəcəyini müdafiə edən Harari, zənginlərin bu şəkildə ölümsüzlüyə gedəcəyini iddia edib.


Sizin Reklam Yeriniz