Əlaqə Arxiv
news Image
2015.06.05
13:50
| A A A
"iPhone 7"nin çıxacağı tarix bəlli oldu

Movqe.az xəər verir ki, istifadəçilər "Apple Store"da barmaq izlərini skan edən, görünüşcə "iPhone 5C"a bənzəyən naməlum modelin fotolarını aşkarlayıblar.


Sözügedən şəkillər bir neçə saatdan sonra silinib və onun yerinə adi "iPhone 5C"nin fotoları yerləşdirilib. Bir müddət öncə "Apple"ın ənənəvi illik konfransını sentyabrda yox, avqustda keçirəcəyi ilə bağlı şayiələr yayılmışdı. Xatırladaq ki, 2012-ci ildə "iPhone 5"in təqdimatından sonra növbəti il iki yeni model - 5C və 5S işıq üzü görmüşdü.


Məhz bu üç xəbərin əsasına qənaətə gəlmək olar ki, 2015-ci ilin son yay ayında yeni almalı smartfonu görə biləcəyik, lakin bu, "iPhone 7" yox, Apple iPhone 6C və iPhone 6S olacaq.


"iPhone"un 7-ci versiyasının 2016-cı ildə hazır olacağı güman edilir.


Sizin Reklam Yeriniz