Əlaqə Arxiv
news Image
2012.09.11
13:36
| A A A
“Google”da axtarış aparmaq beyni gerilədir

Movqe.Az xəbər verir ki, ABŞ-da nəşr olunan tibb jurnallarından biri beynin əlavə funksiyalarından yazıb. Daxili səs, alış-veriş zəifliyi, asılılıq kimi bir çox mövzulardada beyin haqqında bilinməyən gerçəkləri özündə birləşdirən xəbərə görə, "Google" beyni inkişafdan saxlayır.

Tibb jurnalı olan "Reader's Digest"də beyinlə əlaqədar bilinməyən gerçəkləri aşağıdakı kimi qeyd edilib.

100 milyard sinir hüceyrəsi: Kifayət qədər sürətli ola bilməmək, sadə riyaziyyatı qavraya bilməmək və ad günlərini unutmaq kimi bir çox xüsusiyyət, beynin sinir hüceyrələri arasındakı trafik axınla bağlı olaraq adamdan adama dəyişir.

"Google"nin təsiri: Kolumbiya Universitetində aparılan araşdırmalar, insanların öz yaddaşları və məlumat təcrübəsini yerinə internetə müraciət etməyi seçdiyini ortaya qoyub. "Google" kimi kəsə yollara informasiya əldə etmək beynin xatırlatma funksiyalarını məhv edir.

Tez bazar zəifliyi: Aparılan digər bir araşdırmada, sevilən yeməklərin beynin maddə asılılığına qarşı həssas olan hissəsini hərəkətə keçirdiyini sübut edib. Mütəxəssislərə görə bu vəziyyət motivasiya və keflə əlaqədar olan "dopamine" hormonuyla bağlıdır.

Öncəgörmə: Bu il açıqlanan bir araşdırma nəticəsinə görə, beynin ön hissəsi təcrübələr əsasında gələcəklə əlaqədar proqnozlar verə bilir. Mütəxəssislərə görə, gələcəyi görmək üçün fövqəltəbii güclər lazım deyil, keçmiş hadisələr haqqında strateji düşünmək və dərs çıxarmaq lazımdır.

Alış-veriş zəifliyi: İki yeni araşdırma alqı-satqı zamanı diqqətin sürətlə dağıldığını isbat edib. Buna görə, stressli və yuxusuz olduğunda alver etmək və daha bahalı məhsullar almaq istəyi artır.

Daxili səs: Şüurlu qərar vermək hər vaxt ən doğru seçim olmaya bilər. Bir araşdırma sadə qərarlar qəbul edərkən məntiqli düşünməyin, amma daha çətin qərarlar qəbul edərkən isə şüuraltı hafizəyə inanmağın əlverişli olduğunu göstərir.

Asılılıq: 2011-ci ildə aparılan bir araşdırma solariuma girməyin maddə asılılığından azad olmaqla yanaşı beynin "mükafatlandırma" funksiyasını hərəkətə keçirdiyini göstərdi.

20 dən sonar böhran: Yaddaş 27 yaşdan sonra zəifləməyə başlayır. Hüceyrə itkisi 20 yaşlarda başlayır.

Movqe.Az-ın ABŞ mediasına istinadən verdiyi xəbərə görə jurnalın yer verdiyi son informasiya isə mobil telefon fobiası ilə bağlıdır. ABŞ-da aparılan bir araşdırmaya görə, mobil telefonla bir saata yaxın fasiləsiz danışmaq beynin telefona yaxın hissəsindəki fəaliyyəti sürətləndirir.

Sizin Reklam Yeriniz