Əlaqə Arxiv
news Image
2015.06.08
17:20
| A A A
Dünyanın ən cəsur gedişi

Movqe.az xəbər verir ki, tam 50 il əvvəl Ed White adlı astronavtın 23 dəqiqəlik gedişi Amarikan Kosmos və Havacılıq Dairəsi NASA baxımından tarix yazıb.

3 iyun 1965-ci ildə Dünyadan kilometrlərlə uzaqda Əkizlər 4 kosmos vasitəsindən bayıra çıxan White, kosmosda gəzən ilk Amerikalı olub.

Whitenin kosmos gedişi Amerika baxımından bir ilk idi. Halbuki Sovet kosmonavt Aleksey Leonov bir neçə ay əvvəl, 18 Mart 1965-ci ildə insanlıq tarixi baxımından kosmos gedişini edən ilk insan olmuşdu.

"Fövqəladə bir duyğu idi. Daha əvvəl heç elə hiss etməmişdim. Dünyanın üzərində sərbəst dayanır və onun möhtəşəm dönüşünü izləyirdim. "

Lakin Leonovun bu tarixi gedişi az qala fəlakətlə nəticələnəcəkdi. 5,3 metrlik bir kabellə Voskhod 2 kosmos kapsuluna bağlı olaraq çöldə 12 dəqiqə keçirən Leonovun dərisi kosmos boşluğunda şişmişdi.

Kapsula geri girə bilmirdi. Tulumdakı təzyiqin bir qismini alması lazım idi. Lakin bu əməliyyat da qanının istiləşməsinə və ölümə yol aça bilərdi. Amma nəysə ki, Leonovun cəhdi problem çıxarmadan işə yarayıb.

Leonov, kapsula içində gözləyən məsləkdaşı Pavel Belyayev ilə Dünyaya geri döndüyündə vasitələri Ural dağları yaxınlığındakı Sovet şəhəri Permin şimalında tayga meşələrinə eniş edib. -5 Dərəcədə xilas olmağı gözləyiblər.

Bu hadisə fiziki sağlamlığı yerində olan Leonov üzərində izlərini buraxdı. Keçən ay Londondakı Elm Muzeyindəki kosmonavt sərgisinin açılışı üçün gəlmişdi. Leonov, qısa kosmos gedişi və ardından qarşılaşdığı içəri girmə problemi əsnasında tərdən 6 kilo itirdiyini söyləyib.

Leonov və Whitenin cəsur kosmos gedişləri sonrakı daha böyük gediş cəhdlərinin təməlini atmış olub. Bu gün Beynəlxalq Kosmos Stansiyasında (ISS) astronavtlar və kosmonavtlar kosmos vasitəsi xaricində nizamlı olaraq saatlarla vaxt keçirirlər.



Sizin Reklam Yeriniz