Əlaqə Arxiv
news Image
2015.06.08
18:50
| A A A
Çindəki gəmi faciəsində 431 cəsəd tapıldı, 11 adam itkindir

Çinin Yantszı çayında, içində olan 458 sərnişin ilə birlikdə batan gəmidən 431 adamın cəsədi tapılıb, 11 adamın isə hələ də itkin olduğu ifadə edilib.


Movqe.az xəbər verir ki, Çinin Nankin şəhərindən Çongçing şəhərinə getmək üzrə 458 sərnişini ilə yola çıxan Şərq Star adlı gəmi, çıxan fırtına səbəbiylə bazar ertəsi axşamı Yantszı çayında batıb.


Hökumət tərəfindən bu gün verilən açıqlamada, qəzada həyatını itirənlərin sayının 431-ə çıxdığı ifadə edilib.

Hökumət, axtarış qurtarma səyləri çərçivəsində vinçlərlə qaldırılan gəmidəki 11 adamın isə itkin olduqları və əvvəlkilərin aqibətinin bilinmədiyi açıqlamasını verib.





Qeyd edək ki, Təcili yardım qrupları, batan gəmidən aralarından kapitanın da olduğu 14 adamı xilas edə bilib.


Sizin Reklam Yeriniz