Əlaqə Arxiv
news Image
2015.06.12
10:50
| A A A
Qoz və yerfındığının bilinməyən faydaları

Movqe.az xəbər verir ki, ürək çatışmazlığı, tənəffüs sistemi xəstəlikləri, diabet və xərçəngdən erkən ölüm hallarını azaltmaq üçün gün ərzində 15 qram qoz və yerfındığı yemək lazımdır.

Bu barədə məlumat "International Journal of Epidemiology" jurnalında dərc olunan məqalədə verilib.

Niderlandın Maastrixt Universitetinin əməkdaşları olan məqalə müəlliflərinin apardığı təcrübə göstərib ki, gəliri, təhsili və pis vərdişləri eyni olan hollandlarla müqayisədə gün ərzində çox az sayda qoz yeyən hollandlarda ağciyər və tənəffüs, diabet və neyrodegenerativ xəstəliklərdən ölüm halları daha az müşahidə edilib.

Oxşar, amma bir az effektsiz nəticə xərçəng və ürək-damar xəstəliklərində də müşahidə edilib. Bu cür yaxşı effektin səbəbi qoz və yerfındığının tərkibində çoxlu sayda doymamış yağ turşuları, antioksidantlar, vitaminlər və ürək hüceyrələrini qocalmaqdan qoruyan digər maddələrin olması olub.


Qeyd edək ki, eyni effekt çoxlu sayda şokoladlı qoz və yerfındığı kremi yeyən insanlarda müşahidə edilmir. Alimlər bunun səbəbini bu məhsulların tərkibində olan zərərli yağ turşuları və bitki yağları ilə əlaqələndiriblər.


Sizin Reklam Yeriniz