Keçdiyimiz günlərdə Survivor All Star yarışmasından çıxan Anıl, niyə çıxdığını və adada yaşadıqlarını izah edib.
Movqe.az Anılın açıqlamalarını təqdim edir.
Anıl, "Ayağım yaralandıqdan sonra çətin zamanlar yaşadım. Survivor All Star onsuz da çətin bir yarışdır, bu yarışda ayağım qırıldıqdan sonra daha çox çətinlik çəkdim. Yoldaşlarım oyuna getdiyi zaman adada tək qaldım və həmişə düşündüm ki, bu çətinliklərdən ötəri buraxım oyunu.
Amma mən orada ailəmin mənə öyrətdiklərini etdim. Çətinliklərin öhdəsindən gələcəyimi düşündüm. Ailəmə verdiyim sözü tutmaq istədim.
Ayağım yaralanmadan əvvəl çox yaxşı yarışırdım. Yaralandıqdan sonra 6 həftə boyunca yatdım və bu istirahət mənə yaramadı ayaq qırılması, bağların qopması çox çətin keçən bir müddətdir. Ayağım qırılmasaydı bəlkə oyundan çıxmazdım.
Mərvə mənə performansımın düşdüyünü çox vaxt söyləyirdi. Bu məni incitmirdi. Çünki mənim yaxşılığımı istəyirdi. Mənim pis tərəflərimi də, yaxşı tərəflərimi də görməmi istəyirdi.
Mən getdikdən sonra Mərvə orada tək qaldı. Hakan tərəfi onun üzərinə gələcəkdir amma o yenə də döyüşünə davam edəcək.
Mənim adımın çıxması yalnız performansımdan ötəri oldu və performansım da ayağım qırıldıqdan sonra aşağı düşdü. Performansımı yüksək olmasını istərdim, ayağım qırılmasaydı finala gedərdim." deyib.