Əlaqə Arxiv
news Image
2015.06.24
17:20
| A A A
"Arda Turan həqiqətən Türkdürmü?"

Movqe.az xəbər verir ki, Argentinanın Arsenal Sarandi komandasında forma geyən Ramiro Carrera, Atletico Madriddə forma geyən Arda Turan üçün bu maraqlı sualı yönəldib: Həqiqətən Türkdürmü?

Atletico Madridin, rəyi üçün 41 milyon avro tələb etdiyi Arda Turan, bütün dünyanın yaxından təqib etdiyi ulduzlar arasında yer alır. Milli futbolçunun ən böyük pərəstişkarlarından biri isə Argentinanın Arsenal Sarandi komandasında forma geyən Ramiro Carreradır.

Avropanın nəhəng klublarının transfer siyahısında yer alan 23 yaşındakı Argentinalı qanad oyunçusunun türk meneceri Rəmzi Pətək, keçdiyimiz günlərdə Carrera ilə Arda haqqında etdikləri söhbəti belə izah edib:

"Ramiro mənə "Arda Turan həqiqətən Türkdürmü?" deyə soruşdu. Mən də çaşdım təbii. Bir an dondum qaldım, sonra "Təbii ki Türkdür. Niyə belə soruşdun ki?" dedim. Ramiro bu səfər "Ardanın futbol stili Cənubi amerikalılara çox bənzəyir. Sanki Türk deyil də Braziliyalı kimidir. Açıqcası Türklərdən belə bir futbolçu çıxması məni çox təəccübləndirir "cavabını verib. Bir an düşündüm; Ramiro heç də haqsız sayılmaz!"

"Cənubi Amerikada Ardanın çox pərəstişkarı var"

İşi gərəyi Argentina və Uruguayı çox yaxşı bildiyini ifadə edən Rəmzi Pətək, "Arda Turan bütün dünyanın yaxşı tanıdığı və təqib etdiyi bir futbolçudur. Tarixən və mədəni bağlarından ötəri İspaniya futbolu Cənubi Amerika ölkələrində yaxından təqib edilir. Arda da ən çox maraq görən və pərəstişkarı olan oyunçulardan biri "deyə danışıb.


Sizin Reklam Yeriniz