Movqe.az xəbər verir ki, dəri problemləri yaşayan, sızanaq çətinliyi olanların, qaraciyərlərini təmizləyəcək yeməklərə yönəlmələri çox əhəmiyyətlidir.
1-Qara ciyəri təmizləmə və bədəndəki
zəhərli maddələri atma xüsusiyyəti olan enginarın faydaları
saymaqla bitmir. Damar sərtləşməsinin qarşısını alan, qanı
təmizləyən, beyin hüceyrələrini yeniləyən enginar, eyni zamanda
xolesterolun da düşmənidir. Enginarda olan ‘'Cynarin'' maddəsi
qaraciyər, öd kisəsi, böyrəklər və bağırsaq sisteminin nizamlı
işinə kömək edər.
2-Qırmızı çuğundur və kökün tərkibində olan
"flavonoidlər" və "beta karoten" qaraciyərin sağlam bir şəkildə
fəaliyyət göstərməsini təmin edir.
3-Kiçik miqdarda sarımsaq belə qaraciyər
fermentlərini xəbərdar edərək, toksinlərin bədəndən çölə atılmasını
təmin edər. Tərkibindəki "alisin" və "selenyum" qaraciyərin
təmizlənməsinə kömək edər.
4-Qreyfurt tərkibindəki yüksək miqdarda "C
vitamini" və "antioksidantlar" sayəsində qaraciyərin təbii və
sürətli bir şəkildə zərərli maddələrin bədəndən atılmasına köməkçi
olar. Bir çox dərmanla qarşılıqlı təsirə keçdiyi üçün, dərmanlarla
birlikdə istehlak etməyin.
5-Almanın içində yüksək miqdarda olan
"pektin" maddəsi, həzm mərhələsində bədəni toksinlərdən
təmizlənilərək təmizlənməyə və qaraciyərin işini asanlaşdırmağa
faydalıdır.
6-Bir stəkan su içinə sıxılmış limon və ya
lime suyu, qaraciyərdən toksinlərin atılmasına köməkçi olar.
7-Əgər qrara ciyərinizə və bədəninizə ümumi
bir detoks etmək üçün köməkçi axtarırsınızsa, yaşıl yarpaqlı
tərəvəzləri yemək edəcəyiniz ən yaxşı seçkilərdən olar. Tərkibində
olan yüksək miqdardakı "xlorofillər" öz üzərindəki toksinləri də
əmə bilər və ağır metal, kimyəvilər, pestisitləri neytrallaşdıraraq
qaraciyərin ciddi mənada rahatlamasına və dinlənməsinə dəstək
olar.
8-Avokado yemək qaraciyərin bədəndən
toksinləri təmizlənməsi üçün "glutation" istehsalına köməkçi olar.
Aparılan araşdırmalar nizamlı olaraq avakado istehlak edənlərin
daha sağlam bir qaraciyərə sahib olduqlarını göstərmişdir.
9-Tam taxıllılardakı yüksək "B vitaminləri"
qaraciyər sağlamlığı və funksiyaları üçün olduqca faydalıdır. Ağ un
yerinə mümkün olduğu qədər tam taxıllı qidaları istehlak etməyə
diqqət edin.
10-Sarı kök hind yeməklərində tez-tez
istifadə edilən, yeməyə sarı rəngini verən bir ədviyyatdır.
Fermentlərin karsinojenleri detoksiyə etməsinə və sərbəst
radikalların qaraciyərə zərər verməsini əngəlləyən güclü bir
xüsusiyyəti vardır.
11-Cevizin içindəki yüksək miqdardakı
"arjinin", "glutation" və "n-3 yağ turşuları" qaraciyərin
təmizlənməsinə köməkçidir. Ən yaxşı şəkildə faydalanmaq üçün
udmadan əvvəl yaxşıca çeynəmyə diqqət edin.