Əlaqə Arxiv
news Image
2015.07.02
16:50
| A A A
Boşanma iddialarına son nöqtəni qoydu

Uzun müddətdir maqazin mətbuatını məşğul edən Ece Erkən-Serkan Uçar cütlüyüylə əlaqədar ortaya atılan "boşanma" iddiaları doğru çıxdı.


Movqe.az xəbər verir ki, Erkən, mövzuyla əlaqədar açıqlama verib: "Bəli, razılaşmalı olaraq boşanırıq. Bir-birimizdən heç bir tələbimiz yoxdur."

Keçən yaz Çeşmədə evlənən Ece Erkən və Serkan Uçarın xoşbəxtliyi qısa sürüb.

Beş aylıq sevgililik sonrası ailələrinə belə xəbər vermədən nikah dəftərini imzalayan ikili, bir ilin sonunda razılaşmalı olaraq boşanma qərarı alıb.

Evliliyin ilk dövrlərində Erkənin özündən 11 yaş kiçik olan Uçarın ailəsi tərəfindən istənməyən gəlin elan edildiyi istiqamətində xəbərlər çıxmış, ancaq bir müddət sonra sular durulmuşdu.

Cütlük xoşbəxtliklərini iki ay əvvəl də Eymən adlı oğulları ilə taclandırıblar, ancaq bağlı qapılar ardından yaşanan problemlər, onları boşanma nöqtəsinə gətirib.

Keçdiyimiz günlərdə məşhur aparıcının ictimai media hesablarından "Uçar" soyadını silməsi, böhranın ilk işarəsi olaraq qəbul edilib.

Davamında Ece Erkənin ailəcə çıxdıqları Çeşmə tətilindən oğlu Eymənlə dönməsi "boşanma" iddialarını daha da alovlandırıb.

Söz-söhbətlər, Ece Erkən tərəfindən də təsdiqlənib: "Bəli, boşanırıq. Evləri ayırdıq və mən iddianı açdım. Anlaşmalı olaraq boşanacağıq, ikimizin də bir-birindən hər hansı bir tələbi yoxdur."


Sizin Reklam Yeriniz