Əlaqə Arxiv
news Image
2015.07.02
23:30
| A A A
Yüksək intellekt səviyyəsi ömrü uzadır

Britaniyalı alimlər müəyyənləşdiriblər ki, yüksək İQ səviyyəsinə malik olan uşaqlar çox yaşayır, amma bunun dəqiq səbələri sona kimi dəqiqləşdirilməyib.

Alimlər 1958-ci ildə 11 yaşlı uşaqların İQ səviyyəsini dəyərləndiriblər. İndi bu tədqiqatı yekunlaşdıran vaxt məlum olub ki, 11 yaşında intellekt əmsalı yüksək olan uşaqlar intellekt səviyyəsi aşağı olan uşaqlara nisbətən gənc yaşlarında, orta hesabla, iki dəfə az ölüblər.

Bundan əvvəlki tədqiqatlar da ömrün uzunluğu və intellekt əmsalı arasında əlaqənin olduğunu müəyyən etsə də, bu faktın da izahı alimlər üçün çətin məsələ kimi qalıb.

Bu suala cavab tapmaq çox vacibdir, çünki bu, insanların sağlamlıq səviyyəsindəki fərqlərin səbəbini anlamağa imkan verəcək.



Sizin Reklam Yeriniz