Əlaqə Arxiv
news Image
2015.07.03
00:30
| A A A
Daha Ağ evdə şəkil çəkdirmək olar

ABŞ-ın birinci xanımı Mişel Obama məlumat verib ki, ölkənin əsas binasında fotoşəkil çəkdirməyə qoyulan qadağa götürülüb.

Ağ evdə hər kəsin şəkil çəkdirməsinin mümkün olduğunu təsdiq etmək üçün prezidentin xanımı Instagram-a qısa videoyazı yerləşdirib.

"Əgər siz Ağ evdə ekskursiyada olubsunuzsa, onda, yəqin ki, bu, xəbərdarlığı görübsünüz. Bu, bir daha olmayacaq"- Mişel Obama rolikdə qadağanedici kağızı iki yerə bölərək bildirir.

Qeyd edək ki, Ağ evdə bu yasaq 40 il davam edib.



Sizin Reklam Yeriniz