Rusiya Eımlər Akademiyasının (REA) İnformasiya Ötürürücüləri Problemləri İnstitutundan olan bioloqlar axtarıcı itləri xərçəng xəstələrini aşkar etməyə istiqamətləndiriblər. Daha dəqiqi, həkimlər bu heyvanların incə iybilmə qabiliyyəti vasitəsilə xərçəng xəstəliyini ilkin mərhələdə aşkar etməyi öyrəniblər. Institutdan bildiriblər ki, itlər onkoloji xəstəliyi olan orqanizmə xas olan uçucu üzvi birləşmələrə çox həssasdırlar. Onlar bu cür birləşmələri hiss edən vaxt sahibinin diqqətini cəlb edərək hürürlər.
Işin çətinliyi ondadır ki, alimlərin özləri indiyə kimi xərçəng xəstəliyinin iyi necə olduğunu bilmirlər. Alimlər laboratoriya siçanları üzərində keçirilən təcrübə zamanı onlardakı xərçəng xəstəliyinin iyini şalayka sinfindən (çaqqal və layka itlərinin qarışığı) olan itlərə öyrədiblər. Siçanlar bir cinsdən və eyni yaşda olublar, eyni şəraitdə saxlanılıb və eyni qida qəbul ediblər. Bu, bütün sağlam siçanlarda iyin maksimum oxşar olması üçün belə edilib. Sonra bəzi siçanlara xərçəngin müəyyən formasında olan şiş toxuması peyvənd edilib, onlardan birinin sidiyini isə itlərə iylədiblər. Bundan sonra şalayka itlərinə sağlam siçanların üç-beş nümunəsini iyləməyi "təklif ediblər", altıncı siçanın isə yenə xəstə olması səbəbindən sidiyindəki iyin digər sağlam siçanların sidiyindəki iydən fərqləndiyinə görə it dərhal hürməyə başlayıb.
Itlərə insanların diaqnozunu iybilmə yolu ilə bilmək əvəzinə onların qarşısına siçanların sidiyini və y qanını qoymaq da kifayətdir, çünki uçucu maddələr onların tərkibində də vardır.
Amma tədqiqat işinin rəhbəri Yelena Rodionavanın sözlərinə görə, it dəqiq cihaz deyildir, onda pis ovqat, nasazlıq ola bilər ki, bu da işin nəticəsinin yanlış olmasına gətirib çıxara bilər. Buna görə də tədqiqatçıların son məqsədi it burnunu əvəz edən cihaz hazırlamaqdır. Ancaq əvvlcə xəstə siçanların iyində məhz hansı birləşmələrin xəstəlik əlaməti olduğunu müəyyənləşdirmək lazımdır. Bu məsələ üzərində bütün dünyanın alimləri baş sındırırlar. Və hələlik onlarda bununla bağlı sabit müsbət nəticələr olmadığına görə itlərdən imtina etmək hələ tezdir.