Əlaqə Arxiv
news Image
2015.07.03
21:00
| A A A
İnternetdə mənfi məzmunlu şərhləri oxumaq lazım deyil

Psixoloqlar bu fikrə gəliblər ki, insanlar mənfi məzmunlu şərhləri oxumasalar daha yaxşıdır.

Alimlər tərəfindən keçirilmiş tədqiqatda 18-50 yaşlı 137 könüllü iştirak edib. İştirakçılara mütəxəssislərin məhz nəyi araşdıracağı məlumat verilməyib.

Onlar eksperiment çərçivəsində İnternetdə təhsil haqqında məqaləni oxumalı idilər. Bundan sonra könüllülər şərhlərdə öz fikirlərini ifadə etmək imkanına malik olublar, amma bundan əvvəl onlar başqaları tərəfindən İnternetə yerləşdirilmiş digər rəyləri də oxumalı olublar.

Eksperimentin nəticəsində psixoloqlar müəyyən ediblər ki, mənfi məzmunlu şərhləri oxuyan iştirakçıların özləri müəyyən hadisəni mənfi dəyərləndirməyə başlayıblar.

Alimlər başqa adamların reaksiyasına daha az diqqət yetirməyi və öz baxışlarına arxalanmağı məsləhət görürlər.



Sizin Reklam Yeriniz