Əlaqə Arxiv
news Image
2015.07.03
20:30
| A A A
Döyünən ürək üzrə virtual tur

Yaponiyalı alimlər superkompüter vasitəsilə insanın döyünən ürəyinin virtual modelini yaradıblar.

Videoda tamaşaçılar qarşısında ürəyin daxilinə nüfuz etməyə və mədəcik və ürək qulaqcığının necə döyündüyünü görməyə imkan verən toxumaların xarici qatları canlanır. Alimlər həmçinin klapanların fəaliyyətini, kameralarda qanın hərəkətini və əzələ liflərinin titrəməsini modelləşdiriblər.

Alimlər videonu çəkmək üçün hər şeydən əvvəl əzələlərin sıxılmasını modelləşdiriblər. Superkompüter onlara molekulyar səviyyədə sıxılan zülalların hərkətini hesablamaqda kömək edib. Sonra tədqiqatçılar əzələlər üzrə məlumatları qan axını üzrə göstəricilərlə birləşdirərək, ürəyin hansı elementlərinin daha çox enerji sərf etdiyini müəyyən edə biliblər.

Videodan məqsəd tamaşaçını yalnız elmi baxımdan əyləndirmək olmayıb. Ürəyin modeli artıq alimlərin ürək-damar sistemi xəstəliklərinə qarşı yeni dərmanlar hazırlamasına kömək edir.







Sizin Reklam Yeriniz