Əlaqə Arxiv
news Image
2015.07.13
13:20
| A A A
Bədəni təmizləyən möcüzəli vasitə

Movqe.az xəbər verir ki, böyük şəhərlərdə yaşayan insanlar müntəzəm olaraq çirklənmiş ekologiya, siqaret tüstüsü, pestisid və nitratla "doldurulmuş" qida məhsulları kimi neqativ faktorların təsirinə məruz qalır.

İnsan orqanizmi onun sağlamlığına və zahiri görünüşünə mənfi təsir göstərən toksin və digər zərərli maddələrin bədəndən xaric olunması ilə daim mübarizə aparır. Belə zərərli maddələr zahiri görünüşdə vaxtından əvvəl qırışların, piy artıqlarının, şişkinlik və dərinin sallanması kimi halların meydana gəlməsinə səbəb olur. Bədəndən zərərli maddələrin xaric olunmasının müxtəlif üsulları mövcuddur. Ən geniş yayılmış üsullara xüsusi pəhrizlər, məşqlər və sauna aiddir. Lakin bu istiqamətdə kosmetoloji üsullar da böyük populyarlıq qazanmışdır. Məsələn, Biologique Recherche fransız laboratoriyasının istehsal etdiyi yeni vasitə - Creme Anti-C effektiv kosmetoloji üsullardandır. Onun tərkibinə şişkinliyin aradan qaldırılmasına, dərinin tonusunun yaxşılaşdırılmasına və elastikliyinin təmin olunmasına yönələn 11 aktiv konsentrə olunmuş maddə daxildir.

Bədəni təmizləyən möcüzəli vasitə

Creme Anti-C sellülitin yaranma səbəbləri və onun nəticələrinə təsir edən çoxfunksiyalı vasitədir. Krem dərini yüngülcə aşındıraraq aktiv maddələrin dərinin daha dərin qatlarına təsirini təmin edir, qabarmış qatları bərpa edir, sellülit əlamətlərini və "portağal qabığı" effektini azaldır, silueti korrektə etməyə kömək edir.

Bədəni təmizləyən möcüzəli vasitə

Biologique Recherche mütəxəssisləri daha aydın nəticə əldə etmək üçün kremi səhər və axşam, vanna qəbul etdikdən sonra massaj hərəkətləri ilə xüsusi silikon bədən əlcəyi vasitəsilə çəkməyi tövsiyə edirlər.



Sizin Reklam Yeriniz