Əlaqə Arxiv
news Image
2015.07.13
18:20
| A A A
Samsung Texnologiya Dünyasını silkələyəcək

Samsungun xüsusilə telefonlarda istifadə etmək üzrə 11K dəqiqliyində ekran üzərində çalışdığı açıqlandı.


Movqe.az xəbər verir ki, ekran texnologiyalarının hər keçən gün inkişaf etdiyi indiki vaxtda dünyanın ən böyük istehsalçılarından biri də Samsungdur. Firma həm öz cihazları, həm də digər istehsalçılar üçün ekran çıxarmağa davam edir.

Samsungun üzərində çalışdığı yeni ekran texnologiyasının 11K dəqiqlik təqdim edəcəyi açıqlanıb. Firma texniki detallara girməsə də təxminən bir hesabla 11K dəqiqlik düym başına 2250 piksel sıxlığı mənasına gəlir. Nümunə vermək lazım olsa 5.5 düymlük bir ekranda 11.000 x 6000 piksel dəqiqlik təqdim edilə biləcəyi mənasını gəlir.

Hal-hazırda satışda olan ən yüksək keyfiyyətli 5.5 düym ekrana sahib bir telefonun 2560 x 1440 piksel və düym başına 530 piksel sıxlığına sahib olduğu düşünülsə yuxarıdakı dəqiqliyin nə qədər yüksək olduğu daha yaxşı aydın olar.

Samsungdan verilən açıqlamaya görə, yeni ekranlar hələ də inkişaf mərhələsindədir və ən erkən 2018-ci ildə istifadəyə verilə biləcəyi düşünülür.


İnsan gözünün düym başına ən çox 600 pikseli ayırd edə bildiyi bilinir. Yeni nəsil 11K ekranlar isə bu dəyərin çox üzərində bir sıxlığa sahibdir. Bu yeni nəsil ekranların xüsusilə eynəksiz 3D məzmun çıxarmağa istifadə edilə biləcəyi düşünülür. Ayrıca son illərdə məşhur hala gələn virtual reallıq eynəklərini bu ekranların istifadə edilə biləcəyi də düşünülür.


Sizin Reklam Yeriniz