Əlaqə Arxiv
news Image
2015.07.14
11:50
| A A A
Son illərin dəbi: Saç qaynağı

Hələ qədim zamanlardan uzun və baxımlı saçlar qadın gözəlliyinin etalonu hesab olunur.

Hazırda sizin obrazınızı tamamlayacaq və simanızın bütün gözəlliklərini vurğulayacaq çoxlu sayda saç düzümləri mövcuddur. Əvvəllər uzun burğulara sahib olmaq üçün saçlarınıza qulluq edərək onların uzanmasını illərlə gözləməli olurdunuz. Zəmanənin sürətli inkişafı nəticəsində zərif cinsin nümayəndələri artıq bir neçə saat ərzində qaynaq vasitəsilə uzun və gözəl saçlara sahib ola bilirlər. Ambassade de la Beaute gözəllik səfirliyinin peşəkar ustaları bu sahədə ən yaxşı mütəxəssislərdən hesab olunur. Onlar saç qaynağı prosesində ən müasir və səmərəli metodlardan istifadə edirlər və saçların bərkidilməsinin iki üsulu üzərində dayanırlar: isti və soyuq.

Son illərin dəbi: Saç qaynağı

İsti qaynaq zamanı saçlar qatran tərkibli xüsusi kapsul vasitəsilə bərkidilir. Bu metodun üstünlüyü onun çoxtərəfli olmasındadır. Qaynağın bu üsulu hər kəs üçün uyğundur. Soyuq qaynaq zamanı isə tellər iki üsulla bərkidilir. Birinci üsul metal klipslər vasitəsilə həyata keçirilir. İkinci üsulda isə tellər yapışdırılır və bu saçların zədələnməsinin qarşısını alır.

Unutmaq olmaz ki, hansı üsulu seçməyinizdən asılı olmayaraq saç qaynağı prosesinə ciddi yanaşmaq lazımdır. Qaynaq etməzdən öncə mütəxəssislər ilə məsləhətləşmək tövsiyə olunur. Onlardan saç qaynağının müsbət və mənfi cəhətləri haqqında məlumat ala bilər və qaynaq saçlara düzgün qulluq etmək üsullarını öyrənə bilərsiniz.




Sizin Reklam Yeriniz