Əlaqə Arxiv
news Image
2015.07.14
12:50
| A A A
Mini Buzlaq Dövrü Gəlir

Ən son 300 il əvvəl yaşanan "mini buzlaq çağının" önümüzdəki 15 il içində yenidən dünyanı təsiri altına alması gözlənilir.


Movqe.az xəbər verir ki, İngilis Independent qəzetinin xəbərinə görə, elm insanları günəşdəki fəaliyyətin 2030 ilə 2040 illəri arasında 60% nisbətində düşəcəyini ortaya qoyub. Bu da mini buzlaq çağını yaşamamıza səbəb olacaqdır.


Daha əvvəl "Maunder Minimum" adı verilən mini buzlaq çağı dövrü, günəş partlamalarının ən az görüldüyü 1645-1715 illəri arasında yaşanmışdı. Tapıntılar, Qallerdə təşkil edilən Milli Astronomiya konfransında professor Valentina Zharkova və qrupu tərəfindən təqdim olunub. Elm insanları 1843-ci ildə günəşdəki partlamaların hər 10 ilə 12 ildə fərqli bir döngüyə girdiyini ortaya qoyublar.


1976-2008 illəri arasında yaşanan üç günəş dövrünü təhlil edən və günəşin gələcəkdəki fəaliyyətlərini 97% düzgünlük payı ilə təxmin edə bilən bir sistem inkişaf etdirən mütəxəssislər, 2030-2040 illəri arasında yaşanacaq mini buzlaq çağında bəzi çayların tarixdə ilk dəfə donacağını və kimi bölgələrdə daha əvvəl yoldaşına rast gəlinməmiş qar yağışlarının olacağını söyləyib.


Bu yeni sistemə görə önümüzdəki iki günəş dövründə daha az günəş ləkəsi olacağı təxmin edilib.

2022-ci ildə meydana gələcək "Dövr 25" və 2030-cu ildən 2040-cı ilə qədər davam edəcək "Dövr 26" əsnasında günəş fəaliyyətində əhəmiyyətli ölçüdə eniş olacağını və mini buzlaq çağına daxil olacağımızı göstərib.


Sizin Reklam Yeriniz