Əlaqə Arxiv
news Image
2015.07.14
20:20
| A A A
“Paella weekend” və ya “İspan plovu” bayramı Bakıda!

17-19 iyul tarixlərində Bakıdakı El Portalon restoranında ispan musiqisi, rəqsi və kulinariyasında həsr olunmuş növbəti bayram keçiriləcək. Bu qastronomik bayramın vizit kartı ispan plovu adlandırılan paelya (paella) olacaq.

Paelyanın 300-dən çox növü var, ancaq ən populyarları qarışıq paelya (paella mixta), valensiana paelyası (paella valenciana), dəniz məhsulları - krevetkalar, lanqustalar, balıqqulağılar, midilərlə (paella de marisco) olan paelyadır. Eləcə də vegeterian paelyası və hətta sup-paelya (paella caldosa) olur.

Paelyaya ət, toyuq əti, balıq, dəniz məhsulları əlavə edirlər, ancaq yeməyin əsas komponentləri dəyişməzdir. Bu düyü, yağ, ədviyyələr və hər bir düyü dənəsinə təkrarolunmaz qızılı rəng verən zəfərandır. Bu populyar ispan yeməyinin adı yeməyin hazırlandığı və təqdim edildiyi geniş və dayaz, ikitutacaqlı tavadan - "paellera" sözündən yaranıb.

Bakıdakı El Portalon restoranı sizi məşhur paelyanın orijinal resepti ilə sevindirəcək, daha sonra isə qastronomik bayram ispan baleti "Zamra"nın təqdim etdiyi parlaq tamaşa ilə davam edəcək. 1997-ci ildə yaradılmış "Zambra" baleti ictimaiyyəti Flamenko incəsənəti və ispan rəqsi ilə tanış edir. Balet İspaniyanın müxtəlif regionlarında və onun hüdudlarından kənarda çıxış edir.

Canlı ispan musiqisindən və ispan baletinin ifasında həyəcanlı rəqs şousundan və əlbəttə ki, məşhur paelya ilə ənənəvi ispan şam yeməyindən zövq almaq üçün 17-19 iyul tarixlərində El Portalon-da keçiriləcək bu ispan bayramını qaçırtmayın.

Dövlət Bayraq Meydanı Kompleksinin ərazisində yerləşən El Portalon restoranı Azərbaycan paytaxtına isti kolorit və İspaniyanın qaynar ətirlərini gətirib. Bura daxil olan kimi siz restoranın sadəlik atmosferində yaradılmış isti münasibət və qonaqpərvərlik hiss edəcəksiniz. Restoranda individual olaraq seçilmiş interyer

əşyalarının hər birinin öz tarixi var. İdeal isti yeməyin, balığın, ətin və südlü donuzun hazırlanmasında səciyyəvi olduğu kimi El Portalon-da kömür sobasından istifadə edilir. İberiya okoroku, çorizo, peyndir çeşidləri, frikadellər və təzə balıq da ənənəvi ispan menyusunun müxtəlifliyinə daxil edilib.

Bakıdakı El Portalon-da ayrıca "Tapas Bar" bar zonası və qurmanlar üçün şərab bölməsi var. Burada likyorlar, ispan şərablarının, eləcə də ənənəvi tapasların və digər içkilərin əla seçimi təklif edilir.

El Portalon - gərgin iş günündən sonra rahatlamaq üçün və ya dadlı şam yeməyindən öncə aperativlər baş qatmaq üçün ideal yerdir.




Sizin Reklam Yeriniz