Əlaqə Arxiv
news Image
2015.07.14
20:50
| A A A
Kosmosda tarixi an – Onlayn yayım

Bu gün kosmosda daha bir tarixi an yaşanacaq. Dünya Plutona daha bir addım yaxınlaşacaq.

Amerika Hava və Kosmik Agentliyinin (NASA) avtomat planetlərarası stansiyası "New Horizons" (Yeni üfüqlər) iyulun 14-də Bakı vaxtı ilə saat 15:50-də Plutona maksimal həddə - 10 min km yaxınlaşıb. Məlumata görə, stansiya Yeri 2006-cı il yanvarın 19-da tərk edib. 2007-ci ildə Yupiterə uçub və onun cazibə sahəsində qravitasiya manevri edib.Bu missiyanın əsas məqsədi Plutonun, Günəş sistemindəki Neptunun orbitində olan kiçik səma cisimlərinin, Xaronun və Koyper kəmərinin öyrənilməsidir. Stansiyanın kosmosda 15-17 il işləməsi planlaşdırılır.

"Yeni üfüqlər"in qarşısında duran əsas məqsəd Günəş sistemini detallı öyrənmək, Pluton və Xaronun səthinin xəritəsini çəkmək, onların temperatur xəritəsini qurmaq, bu səma cisimlərinin geologiya və morfologiyasını öyrənmək, Plutonun atmosferini öyrənmək və Xaronun atmosferinin mövcud olub-olmamasına dair suala cavab tapmaqdır.

Doqquz günlük uçuş müddətində stansiya Pluton okeanındakı buzların altında suyun olduğuna dair ehtimala da aydınlıq gətirəcək. Stansiya bu müddət ərzində 4,5 gigabayt informasiya toplayacaq. Məlumatlar 2000 bit/s sürətlə ötürüləcək, buna görə də fasiləsiz rabitə şərtləri daxilində Plutonla bağlı informasiyalar Yerə 2016-cı ildə çatacaq. 2015-ci ilin sonlarına yaxın qısa şərhlər əldə etmək mümkün olacaq.

Qeyd edək ki, "New Horizons" göy cisimlərinin təbiətini öyrənən ilk missiyadır.


Sizin Reklam Yeriniz