Movqe.az xəbər verir ki, mütəxəssislər, ramazan ayında artım müşahidə olunan ağız və diş sağlamlığı problemlərinin ortaya çıxmasında səbəbkar olan faktorları sadalayıb.
İstanbul Aydın Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi
Dos. Dr. Bürc Karaduman, ağız içərisində fərq edilməyən çürüklərin,
qırılmış plomb və ya dişlərin, diş əti problemlərinin ramazan
ayında problem yaşamağınıza səbəb ola biləcəyini bildirib.
Ağız içərisində çox sayda və çeşiddə bakteriya var, ancaq tüpürcək
təmizləmə və yuma ilə bu bakteriyalara qarşı dişlərimizi qoruyur.
Halbuki oruc tutarkən ağızda tüpürcək yığılması azalır və
bakteriyalar temizlənəmədiyi üçün diş çürükləri, diş əti
problemləri və ağız qoxusu ramazan ayı içərisində özünü daha çox
göstərə bilər. Əlavə olaraq, ramazan ayında şirin, qəhvə və çay
qəbulu artdığına görə, axşam saatlarında isə daha çox qida
yeyildiyinə görə çürüklərin meydana gəlməsi daha da sürətlənir.
Dos. Dr. Karaduman, bu şikayətlərin önünə keçə bilmək üçün iftar və
sahurdan sonra dişləri fırçalamağın, ramazan ayınin əvvəlində diş
həkimi müraciət etməyin vacibliyinə toxunub.
Mütəxəssis, ramazan ayında mövcud vəziyyətlə əlaqədər olaraq, diş
klinikalarının iftardan sonra da fəaliyyət göstərmələrini məsləhət
görüb. Bürc Karaduman, doğru diş fırçalama texnikasının necə
olmasından da bəhs edib.
Diş fırçalayarkən nəyə diqqət etmək
lazımdır?
Diş fırçalarkən ağzın hər bölgəsinə çata bilən kiçik başlıqlı, düz
səthli və tükləri dairəvi olan fırçalar seçim edilməlidir.
Fırça sapı düz olmalı və ovuc içinin tuta biləcəyi uzunluqda
olmalıdır.
Fırça tükləri neylon və yumşaq olmalıdır. Rəngli tüklər və fərqli
istiqamətlərdəki tüklərin varlığı fırçanın fəaliyyətini deildiyi
qədər də artırmır.
Tükləri köhnəlmiş və tökülmüş fırça istifadə edilməməlidir. Diş
fırçası 3 ayda bir dəyişdirilməlidir.
Hansı diş məcununu, və ya hansı ağız gargarasından istifadə
edirsiniz edin, diş fırçası və diş ipi - dişarası fırçasını düz
istifadə etmədikdə dişləriniz çürüyər və diş əti xəstəlikləri
meydana gələr. Mühim olan diş fırçalamaq və diş ipi – diş arasından
düzgün istifadə etməkdir.
Diş fırçalarkən dişlərə çox basdırmadan dişlər fırçalanmalıdır.
Xüsusilə daha yaxşı təmizləndiyi düşüncəsi ilə çox basdıraraq irəli
geri diş fırçalayanlarda uzun illər sonra dərin diş aşınmaları
(abrazyon) yaranır.
Diş fırçanız quru olmalı və keyfiyyətli bir diş pastasından
istifadə edilməlidir.