Əlaqə Arxiv
news Image
2015.07.15
19:50
| A A A
Dünyanın ən gözəl adaları – Siyahı

Qalapaqos adaları turistlər üçün dünyanın ən maraqlı və mənzərəli adalarının reytinqinə başçılıq edir.

Movqe.az xəbər verir ki, bu barədə The Daily Mail "Travel + Leisure" jurnalının apardığı sorğuya istinadən xəbər verir. Sorğunun nəticələrinə görə, Qalapaqos adasından sonr ilk üçlükdə İndoneziyanın Bali və Maldiv adaları qərarlaşıb. The Daily Mail qeyd edir ki, Qalapaqos adaları turistləri qeyri-adi flora və faunası ilə cəlb edir. Adanın adı burada yaşayan nəhəng tısbağaların adı ilə bağlıdır. (isp.galapago - tısbağa) - Tısbağa adaları.

Dünyanın ən gözəl adaları – Siyahı

Sakit okeanda, Cənubi Amerikadan qərbdə yerləşən bu adalar qrupu Ekvadora məxsusdur. Əhalisi təxminən 25 min nəfərdir. Burada orta illk temperatur 23-24 dərəcə isti təşkil edir. Qalapaqos həmçinin Çarlz Darvin növlərin mənşə nəzəriyyəsini əsaslandırmaq üçün bu adalarda apardığı şəxsi müşahidə materiallarından istifadə etməsi ilə tanılır. Dünyanın ən gözəl adaları bunlardır:

1. Qalapaqos (Ekvador)

2. Bali (İndoneziya)

3. Maldiv adaları

4. Tasmaniya

5. Santorini (Yunanıstan)

6. Murea (Fransa)

7. Maui (Havay adaları)

8. Kauai (Havay adaları)

9. Böyük Sədd Rifi (Avstraliya)

10. Malta


Sizin Reklam Yeriniz