Movqe.az xəbər verir ki, Türkiyəli diyetoloq Dərya Zünbülcan Ramazanda həkimlərin məsləhətlərinə əməl etməyənlərin mədə problemləri ilə üzləşdiklərini bildirib. Diyetoloq orucun mədə xəstəliklərinə səbəb olmaması üçün bir neçə qaydaya əməl etməyi məsləhət görüb.
Dərya Zünbülcan ilk növbədə bəzi tərəvəz və ədviyyatlardan uzaq
durmağı tövsiyə edib:
"Bu Ramazanda insanlar düz 17 saat ac qalacaqlar. Bu da xüsusilə
mədə üçün təhlükəlidir. Oruc tutarkən mədədə ağrı, yanğı və
qıcqırma hiss edənlər sarımsaq, acı bibər kimi tərəvəzlərdən,
darçın, istiot kimi ədviyyatlardan uzaq durmalıdırlar".
Diyetoloqun sözlərinə görə, iftar yeməyi ən az 3-4 saat çəkməlidir.
Belə olduqda mədənin sağlamlığı qorunur:
"İftarda bir anda mədəni ağır yeməklərlə doldurmaq olmaz. İftar
yeməyi ən az 3-4 saat çəkməlidir. Bu müddətdə az-az yemək
lazımdır".
Mütəxəssis mədə üçün ən faydalı meyvənin zeytun olduğunu
vurğulayıb:
"Mədə üçün ən faydalı qida zeytundur. İftarda və imsakda bir neçə
ədəd zeytun yemək sizi mədə problemlərindən xilas edə bilər. Qara
zeytun daha faydalıdır. Zeytunu duzsuz yeməyə üstünlük verin".