Movqe.az xəbər verir ki, Türkiyəli həkim professor doktor Hüseyn Çelik göyəmin faydalarından danışıb.
Həkimin sözlərinə görə, göyəm tərkibində ən çox antioksidant
olan meyvədir. H.Çelik bildirir ki, göyəm qanı təmizləyir, qan
şəkərini və xolesterini aşağı salır.
Göyəm, həmçinin yaşlı insanlarda yaddaş pozğunluğunun qarşısını
alır.
"Göyəm uzun müddət təzə qalır. 1 həftə, 10 gün öz vitaminlərini
qoruyub saxlayır. Bu meyvə min bir dərdin dərmanıdır desək,
yanılmarıq".
Doktor göyəmin gözlər üçün də əsl şəfa qaynağı olduğunu
vurğulayır:
"Gecə korluğu, gözlərdə qızarma və qamaşma və göz zəifliyinin
qarşısını alır. İltihabı önləyir. Damarlar üçün yararlıdır. İnfarkt
riskini azaldır".
H. Çelik bildirir ki, bu meyvənin kalorisi az olduğu üçün kökəlmək
qorxusu olmadan bol miqdarda yemək mümkündür.
"Kalorisi azdır. Hər kəs yeyə bilər. Üstəlik, A, C vitamini,
kalium, kalsium və fosforla zəngindir".