Əlaqə Arxiv
news Image
2015.07.16
19:20
| A A A
Plutondan ilk görüntü

Amerikan Kosmos və Havaçılıq Dairəsi NASA-nın kosmos vasitəsi Nyu Horizons, saniyədə 14 kilometr sürətlə cücə planet deyə bilinən Plutonun yanından keçib.



Movqe.az xəbər verir ki, NASA Plutonun səthinə 12,5 kilometr uzaqlıqdan keçən "Nyu Horizons - Yeni Üfüqlər" vasitəsinin planetdən göndərdiyi ən ətraflı fotoşəkili yayımlarkən, vasitənin daha çox fotoşəkil və elmi məlumatların göndərməsi gözlənilib.

Vasitə bütün diqqətini Plutona yönəltdiyi üçün sabah gecə yarısına qədər Nyu Horizonsdan siqnal alına bilməyəcək.

Vasitə fotoşəkilləri yaddaşına tam olaraq yüklədikdən sonra dünyaya siqnal göndərəcək.


Bu da NASA elm insanlarının beş milyard kilometr uzaqdan gələcək siqnalı narahatlıqla gözləmələri mənasını gəlir.

Vasitə Plutonun peykləri Charon, Styx, Nix, Kerberos və Hydrayı da araşdıracaq.


Nüvə yanacaqla çalışan Nyu Horizons, bir sərnişin təyyarəsindən 100 qat daha sürətli hərəkət edir.

Kosmos vasitəsi o qədər sürətli gedir ki, dayandırılması mümkün deyil.


Buna görə Plutonun ətraflı fotoşəkillərini çəkmək və digər elmi məlumatları yığmaq üçün yalnız tək bir şansı və bir neçə saatı var.


Mütəxəssislər, Nyu Horizonsın Plutonla görüşünü kosmosun kəşfində tarixi bir anı təmsil etdiyini ifadə edib.

Beləcə, klassik doqquz planetlə əlaqədar "ön kəşf" tamamlanmış olacaq.

Fotoşəkillərdə peykin indiyə qədər açıqlana bilməyən qaranlıq qütbüylə birlikdə dərin çatlar və kraterlər də görünüb.


Bu fotoşəkillərdə Charon boz, Pluton da qırmızıdır.

Charon və Plutonun çox köhnə bir vuruşma nəticəsində meydana gəldiyi və bir çox ortaq istiqamətlərinin olması lazım olduğu düşünülür.


Sizin Reklam Yeriniz