Movqe.az xəbər verir ki, 12 yaşındakı oğulunun bir gün ortadan yox olmasıyla təlaşlanan Hanzadə, itkin oğlunu axtarmaq üçün yollara çıxmaq istəyəndə, özü kimi qaçaq olan sevgilisi onu bu istəyindən daşındırıb. Sonrakı cəhdində yenə eyni şeyi yaşayan qadın, kişi qılığına girərək sevgilisini təqib etməyə başlayıb.
Sevgilisinin gecə nərələr atıb, xərac yığdıqdan sonra bir hamamda gecəni sonlandırdığını fərq edib. İçəri girəndə, oğlunu bir "hamam oğlanı" olaraq görüb. Hamamı yandırmaq üçün olan odunların yanındakı baltanı götürüb və sevgilisi daxil 21 adamı öldürüb.
Oğlunu alıb qanlar içində məhəlləsinə döndüyündə isə 17 ay ərzində səmtdəkilərə qan qusdurub. Bir müddət sonra xərac və baltayla adam öldürmək günahlarından mühakimə olunub və gülləyə düzülərək öldürülüb.