Movqe.az xəbər verir ki, dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.
Okan Universiteti fizika müalicə və reabilitasiya fakültəsinin
professoru Batıq Şenbursa dırnaqlardakı dəyişikliklərin
xəstəliklərdən xəbər verdiyini söyləyib. O, bildirib ki,
dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər
dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən
keçmək lazımdır.
Batıq Şenbursanın dırnaqlar haqqında açıqladığı maraqlı məlumatları
təqdim edirik:
Dırnaqların sizə ötürdüyü mesajlar
Rəngsiz dırnaqlar: Sağlam dırnağın rəngi ağa çalan açıq çəhrayı
rəngində olmalıdır. Əgər dırnaqlarınız mat, zolaq-zolaq və ya başqa
rəngdədirsə, deməli, səhhətinizdə gizli sağlamlıq probleminiz ola
bilər.
Yaşıl dırnaqlar bakterial infeksiyanın göstəricisidir.
Qırmızı cizgilər ürək qapağı infeksiyasının əlaməti ola bilər.
Maviyə çalan dırnaqlar qandakı oksigen səviyyəsinin aşağı olduğunu
göstərir.
Mat dırnaqlar vitamin çatışmazlığının əlamətidir.
Ağ dırnaqlar hepatit kimi qaraciyər xəstəliklərinin əlamətidir.
Tünd rəng zolaqlar yaşlanma və ürək çatışmazlığı ilə bağlıdır.
Dırnaqlarınızı yaxşıca təmizləyin və hansı rəngdə olduğunu görün,
dırnaqlarınız səhhətiniz haqqında ciddi məlumatlar verə bilər.
Qalın dırnaqlar: Qalın dırnaqlar təbii deyil. Dırnaqlar güclü
olmalıdır, ancaq normaldan daha fərqli və qalın görünürsə, diqqətli
olun.
Qalınlıq ağciyər xəstəliyinin təzahürüdür.
Qalın və sərt səth göbələk infeksiyasına dair işarə verir.
Qalın və ayrılmış dırnaqlar qalxanabənzər və ya sədəf xəstəliyinin
göstəricisi ola bilər.
Normaldan daha qalın dırnaqlar, eyni zamanda qan dövranı probleminə
işarə edə bilər.
Yoğunlaşan dırnaqlar gözdən qaçırdığınız bəzi problemlərin
təzahürüdür. Yeni dərmana başlayarkən allergik reaksiyalar dərhal
dırnaqlara təsir edərək yoğunlaşmaya səbəb olur.
Ayrılmış dırnaqlar: Dırnaqlar təkcə qapılara və ya ətrafa dəyməklə
qırılmaz. Qırılma səbəbi sadəcə əllərinizi çox yumağınızla, ya da
laklarla bağlı deyil.
Qırılmış dırnaqlar fol turşusu, C vitamini və zülal çatışmazlığının
nəticəsidir.
Əgər qırılmış dırnaqlar dırnaq dərinliklərində oyuqlarla bərabər
görülürsə, bu sədəf xəstəliyinin təzahürüdür. Sədəf xəstəliyinin
ilkin əlamətləri, adətən, dırnaqlarda özünü göstərir.
Qırılan dırnaqlar eyni zamanda qida çatışmazlığının də göstəricisi
ola bilər.
Yediklərinizə diqqət edin və ümumi sağlamlığınız üçün
dırnaqlarınıza daha çox qulluq göstərin
Çuxura düşmüş dırnaqlar: Çuxur düşmüş dırnaqlar daxili problemlərin
təzahürüdür. Əgər bütün dırnaqda çuxurlaşma varsa, bu hal adətən
çox su tutumu ilə bağlıdır.
Dəmir çatışmazlığı
Hemakromatozis (qaraciyərin orqanizmdə artıq dəmir saxlaması ilə
baş verən qaraciyər xəstəliyi)
Ürək xəstəlikləri
Hipotiroidizm
Dırnaqlarınız və sağlamlığınız bəzən paralel naviqasiya göstərir.
Sağlamlıq problemlərindən xilas olan insanların dırnaqları da
normala dönür.
Oyulmuş dırnaqlar: Kiçik oyuqlar və çuxurlar əllərinizə etinasız
yanaşdığınızdan dolayı, ya da sağlamlığınızın qeydinə daha yaxşı
qalmadığınızın əlaməti ola bilər.
Sədəf xəstəliyi
Birləşdirici toxuma qüsurları
Alopecia area (saç itkisinə səbəb olan immunitet sistemi
xəstəliyi)
Sink çatışmazlığı (adətən dırnaqların ortasında uzun zolaq şəklində
bir oyuq)
Çıxıntılar: Dırnaqların səthi düz və çox hiss edilməyən incə
cizgilərdən yaranır. Qabarıq çıxıntılar orqanizmində bir
proseslərin səhv getdiyinin göstəricisidir. Çıxıntılı dırnaqlara
sahib olanların ən çox yaranan problemləri:
Dəmir çatışmazlığı
Artrit
Lupus (dırnaq dərinliklərində qırmızı xətlər)
Quru və incə dırnaqlar: Losyonlar və ya dırnaq baxım yağlarına
ehtiyacınız yoxdur. Əgər dırnaqlarınız quru və incədirsə, hormon
səviyyəsini ölçməkdə fayda var.
Qalxanabənzər xəstəlikləri dırnaqların nazikləşməsinə səbəb olur.
Quru dırnaqlar asanlıqla qırılır və ayrılır.
Göbələk problemləri də dırnaqları quru və ya nəm edir.
Həm qalxanabənzər, həm də göbələk problemlərinin müalicəsi uzun
müddət davam edir. Əgər dırnaqlarda belə dəyişiklik görsəniz,
dərhal nəzərə alın.
Yumru dırnaqlar: Əgər dırnaqların ətrafında şişmiş dəri varsa, ya
da dırnaqlarınız şişmiş kimi görünürsə buna "clubbed" yumru dırnaq
deyilir.
Ağciyər xəstəlikləri (xüsusilə də tənəffüs çətinliyi
çəkənlərdə)
İnflamasyonlu bağırsaq xəstəliklərində
Qaraciyər xəstəliklərində
QİÇS-də müşahidə olunur.
Dırnaqlarınız yalnız bu yuxarıda sadalanan xəstəliklərin əlaməti
olmaya bilər. Bu əlamətlər sizin sağlamlığınıza diqqət etməyiniz
üçün dəlillərdir.
Əəllərinizin sizə göndərdiyi mesajlara laqeyd qalmayın. Dırnaqlar
və xəstəliklər düşündüyünüzdən çox daha yaxından əlaqəlidir.
Sağlamlığınızı qorumaq üçün dırnaqlarınıza tez-tez nəzarət edi