Movqe.az xəbər verir ki, sosiska və kolbasa istehsalının
uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə
olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi
cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər
ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri
hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat
"The Orya" və ya "The Sausage" qədim yunan pyesində verilib. Bu
pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə
tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi
dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə
çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər.
Müasir "kolbasa" (sausage) sözü "salsus" latın sözündən əmələ
gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin
daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi yalnız
sosiska və kolbasanı deyil, bütün duzlu və ya sadəcə
konservləşdirilmiş əti bildirirdi. O vaxtlarda əti soyuqda saxlamaq
mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) onu
saxlamaq üçün yaxşı üsul idi.
Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da
təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın
müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların
müxtəlif reseptləri meydana gəldi. Şimali Avropanın soyuq rayonları
üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma
olmadan uzun müddət qala bilir. İsti aylarda əti saxlamaq üçün hisə
vermək üsulundan istifadə olunurdu. Çox güman ki, çiy hisə verilən
kolbasalar məhz bu cür meydana gəlib. Daha dəqiq məlumat hələ ki
yoxdur.
Avropanın cənub rayonlarında, o cümlədən Asiyada quru kolbasa (dry
sausage) hazırlamaq daha məqsədəuyğun idi: bu halda kolbasa əlavə
emalsız gündə qurudulurdu. Bu cür bişirmə üsuluna sucuq və
bastırmanı misal göstərmək olar. Ehtimal olunur ki, Asiya
çöllərindən köçərilər sucuğu yəhərin altında çantalarda
saxlayırdılar. Kolbasa istehsalının son mərhələsi məhz orada həyata
keçirilirdi: qurudulandan sonra o spesifik forma alırdı. Bu gün
yastı forma sadəcə ənənə xarakteri daşıyır.
Vaxt keçdikcə bu və ya digər şəhərdə yaşayan insanlar öz
reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yadda
qalan adlar verməyə başladılar. Beləliklə də Vyana, italiya,
ingilis, kamberlend kolbasaları meydana gəldi. Və yalnız
Bavariyanın Qasseldorf adlanan ərazisində sakinlər öz həmyerliləri
Yoxan Qeorq Lanera abidə qoyublar. Hesab olunur ki, sosiskanı məhz
o icad edib. İki metrə yaxın hündürlüyü olan abidə Lanerin 225
illiyi münasibətilə Qasseldorfun 500 sakininin vəsaiti hesabına
ucaldılıb. Monumentə sosiskanın tarixi təsvir olunmuş bürünc lövhə
vurulub. 1804-cü ildə Yoxan Qeorq Laner qəssab sənətini öyrəndiyi
Frankfurtdan Vyana köçüb və orada dükan açıb. Bir il sonra Laner
özünün ixtirasını – sosiskanı alıcılara təqdim edib. Onu
"Frankfurt" və ya "Vyana" sosiskası adlandırdılar.
Belə çıxır ki, hamıya yaxşı tanış olan sosiska və loğman kolbasası
əslində qədim tarixə malikdir və onların bir çox ölkələdə
adlı-sanlı qohumları var.