Əlaqə Arxiv
news Image
2012.04.13
17:23
| A A A
Hörümçək adam rekord qırıb
Hörümçək adam ləqəbi ilə tanınan əslən fransız olan Alain Robert Qatarda yeni bir rekorda imza atıb.
Robert Qatarın ən uzun binası olan 300 metr yüksəkliyi olan Torç Qülləsinə heç bir təhlükəsizlik tədbiri almadan dırmaşmağı bacarıb.
Bu hadisəni izləmək üçün yüzlərlə adam paytaxt Dohadakı Aspire Meydanında toplanıb.
Ölkədəki qum fırtınası səbəbiylə şiddətli küləyi vecinə almayan Robert, dırmaşmadan əvvəl mətbuata verdiyi şərhdə küləyin mənfi bir faktor olmadığını bildirərək hədəfə qıfıllanaraq bacaracağını söyləyib.
Guiness Dünya Rekordları nümayəndələrinin də seyr etdiyi bu hadisə 1 saat 33 dəqiqə 47 saniyə davam edib.
300 metri gözləniləndən daha az müddətdə dırmaşan Robert bir rekorda imza atmış olub.
Sonda meydana enərək izləyənləri salamlayan Robertə qırdığı bu rekordu təsdiqləyən bir sənəd verilib.
Əvvəllər bir çox qeyri-qanuni dırmaşma hadisəsi reallaşdırdığı üçün başı dərdə girən Robert, Torç Qülləsinə dırmaşmaq üçün Qatar səlahiyyətlilərinin rəsmi təsdiqini alıb.

Ziba Yusifova

Sizin Reklam Yeriniz