Əlaqə Arxiv
news Image
2015.07.29
12:50
| A A A
BMW X5 M və X6 M artıq Bakıda!

Movqe.az xəbər verir ki, iyulun 23-də Azərbaycanın avtomobil sektorunun qabaqcıl şirkətlərindən biri olan Improtex Motors MMM yenilənmiş BMW avtomobil salonunun qapılarını Bakı sakinlərinin üzünə açdı.

Bu münasibətlə təşkil olunmuş tədbirdə dəvət olunmuş qonaqlara BMW-nin güclü, xarizmatik X5 M və X6 M modelləri təqdim olundu. Bu iki yeni model avtomobilin sonuncu nəslinin ən güclü və çevik modelləri hesab olunur. İkinci nəsil BMW X6 M və üçüncü nəsil BMW X5 M əvvəlki hərəki xüsusiyyətləri saxlanılsa da, onun gücü 20 a.g. qədər, icra xüsusiyyəti isə 70nM qədər artırılıb. Texniki dəyişiklərlə yanaşı, avtomobilin interyer və eksteryer dizaynında da dəyişikliklər edilib. Yeni BMW X5 M və X6 M ilk baxışdan zövqlü və ekspressiv zahiri dizaynı ilə ürəkləri fəth edir.

BMW X5 M və X6 M artıq Bakıda!

BMW X5 M və X6 M artıq Bakıda!

Şərqi Avropa üzrə regional menecer Reynhard Mund yeni modellər haqqında bunları dedi: "Avtomobilin yeni M versiyası hətta hərəkətsiz vəziyyətdə olduqda belə ürək döyüntülərini sürətləndirir. Təsəvvür edin, bu avtomobillərin sahibləri sükan arxasında əyləşərkən hansı hissləri keçirirlər? Biz şadıq ki, bu mükəmməl avtomobil artıq zövqü, sürəti və birinci sinif avtomobillərini qiymətləndirə bilən azərbaycanlılar üçün də əlçatandır. Modellərin texnoloji inkişafına şahid olaraq düzgün seçim etmək üçün bütün alıcıları yenilənmiş İmprotex Motors salonuna dəvət edirik". Mund düzgün avtomobil seçimi etmək üçün bütün alıcıları yenilənmiş Improtex Motors salonuna dəvət etdi. 20 avtomobilin yerləşə biləcəyi salonda daxili məkanın genişliyini və alıcıların rahatlığını nəzərə alınaraq, 12 avtomobil nümayiş etdirilir.

BMW X5 M və X6 M artıq Bakıda!

BMW X5 M və X6 M artıq Bakıda!

Improtex Motorsun baş direktoru Həsən İsmayılovun sözlərinə əsasən, təmirdən sonra salonda alıcılar üçün onların texnoloji yeniliklərlə tanış ola biləcəyi, peşəkar mütəxəssislərdən informasiya ala biləcəyi geniş gözləmə zalı təşkil olunub. Onun sözlərinə görə, avtosalon daxilində yenilənmiş texniki xidmət mərkəzi də fəaliyyət göstərir. Yenilənmiş salonda ən tələbkar alıcıları belə razı sala biləcək yüksək səviyyəli xidmət təşkil olunub.

BMW X5 M və X6 M artıq Bakıda!

BMW X5 M və X6 M artıq Bakıda!




Sizin Reklam Yeriniz