Əlaqə Arxiv
news Image
2015.07.28
14:50
| A A A
Şərqsayağı qəhvə resepti

Movqe.az şərqsayağı qəhvə reseptini təqdim edir.


Tərkibi:

100 ml su

2 x/q tünd qəhvə

1 qram istiot qarışığı

0,5 qram darçın

0,5 qram vanil

0,5 qram hil


Hazırlanması:

Şərqsayağı qəhvəni hazırlamaq üçün mütləq xüsusi qəhvədan lazımdır. Bir də bu qəhvənin özəlliyi ondadır ki, bura istiot əlavə olunur. Burda bir neçə ədviyyatın dadını birdən hiss edəcəksiniz. Gül çələngi də adlandıra bilərik: istiot, hil, darçın, vanildən buket.

Qəhvədanın dibinə az su əlavə olunur, qızdırıldıqdan sonra ədviyyatlar və qəhvə əlavə olunur. Soyuq su ilə doldurulur. Zəif odda qaynayıb köpüklənənədək qızdırılır. Köpüklənən kimi oddan götürülür, 1-2 dəqiqədən sonra yenidən oda qoyulur, qaynayanda yenə götürülür. Üç dəfə bu proses təkrar olunur. Bu da şərqsayağı qəhvəmiz.


Nuş olsun!


Sizin Reklam Yeriniz