Əlaqə Arxiv
news Image
2015.07.29
17:50
| A A A
Hermes Birkin çantalarının adı dəyişdirilə bilər

Movqe.az xəbər verir ki, populyar müğənni və aktrisa Ceyn Birkin Hermes moda evindən timsah dərisindən olan Birkin qadın çantaları kolleksiyasının adını dəyişməyi tələb edib.

Buna səbəb timsahların saxlanma şərtləri olub."Mən Hermes moda evindən Birkin Croco çantalarının hazırlanmasında beynəlxalq normalara cavab verən ən yaxşı texnologiyaların tətbiq edilməsinə qədər onların adının dəyişdirilməsini xahiş edirəm", - deyə Birkin bildirib. Məlumata görə, dərisindən çanta hazırlanacaq bu yırtıcılar "qaranlıq anqarlarda və ya beton quyularda saxlanılır və yetkin yaşına çatmadan ölürlər". Heyvanların müdafiəçilərinin fikrinə görə, "onların həyatı ölümləri kimi dəhşətlidir".

"Lyuks" seqmentində kult qarderob əşyasına çevrilən bu çanta ilk dəfə olaraq, ötən əsrin 80-ci illərində təqdim edilib. Hazırda bu çantalara dünyada ən bahalı çantalardır - belə aksessuarın birinin minimal qiyməti 30 min dollardan çoxdur.

Hermes Birkin çantalarının adı dəyişdirilə bilər


Sizin Reklam Yeriniz